Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ vitse-prezidenti: İranla bağlı hərbi məqsədlərin böyük əksəriyyəti həyata keçirilib
ABŞ vitse-prezidenti: İranla bağlı hərbi məqsədlərin böyük əksəriyyəti həyata keçirilib

ABŞ vitse-prezidenti Ceyms Devid Vens İsrail ilə birlikdə İran əleyhinə həyata keçirilən əməliyyatlarda hərbi məqsədlərin böyük əksəriyyətinə nail olduqlarını iddia edib.

Bizimyol.info xəbər verir ki, Vens bu açıqlamanı ABŞ-lı mühafizəkar jurnalist Benny Johnson ilə verdiyi müsahibədə səsləndirib.

"Bütün hərbi məqsədlərimizi həyata keçirdik. Prezident (Donald Tramp) vəzifədən getdikdən sonra bunu uzun müddət təkrar etmək məcburiyyətində qalmamaq üçün indi bir müddət daha çalışacağıq", - deyə vitse-prezident bildirib.

İranın hələ də ABŞ üçün təhdid yaratdığını və nüvə silahı hazırlamağa çalışdığını iddia edən Vens, ABŞ-ın məqsədinin İranı uzun müddət hərbi baxımdan təsirsiz hala gətirmək olduğunu deyib.

Benzin qiymətlərinin İranla bağlı əməliyyatlar nəticəsində artmasına dair sualı cavablandıran Vens: "Haqlısınız, Yaxın Şərqdə baş verənlər səbəbindən benzin qiymətləri yüksəldi, amma yenidən enəcək", - deyə bildirib.

O, qiymət artımını "müvəqqəti reaksiya" kimi dəyərləndirərək: "İran ərazisində uzun müddət, yəni 1-2 il qalmayacağıq. Tezliklə oradan çıxacağıq və benzin qiymətləri yenidən düşəcək", - deyə əlavə edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »