Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Niderland Maliyyə Nazirliyinin sistemlərinə kiberhücum cəhdi olub
Niderland Maliyyə Nazirliyinin sistemlərinə kiberhücum cəhdi olub

Niderlandın Maliyyə Nazirliyi bir sıra əsas prosesləri təmin edən sistemlərinə kiberhücum cəhdini aşkar edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Ad" məlumat yayıb.

Martın 23-də zərər görmüş sistemlərə giriş bloklanıb və nəticədə bəzi əməkdaşlar müvəqqəti olaraq sistemə daxil ola bilməyib. Nazirlik hücuma məruz qalan konkret sistemləri açıqlamayıb.

Nazirliyin mətbuat katibi bildirib ki, kiberhücum maliyyə əməliyyatlarına təsir etməyib. Onun sözlərinə görə, vergi xidməti, gömrük xidməti və sosial yardım xidmətlərinin fəaliyyəti dəyişməz olaraq davam edir.

IT təhlükəsizlik xidməti tərəfindən "icazəsiz giriş" kimi təsnif edilən hadisə ilə bağlı araşdırma başlanıb.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »