Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Kiyev vilayətinə kütləvi hücum edib: ölən və yaralananlar var
Rusiya Kiyev vilayətinə kütləvi hücum edib: ölən və yaralananlar var

Rusiya ordusu gecə saatlarında Ukraynanın Kiyev vilayəti ərazisinə raket və pilotsuz uçuş aparatları ilə kütləvi hücum həyata keçirib. Hücum nəticəsində dağıntılar baş verib, ölən və yaralananlar var.

Bizimyol.info xəbər verir ki, Vilayət hərbi administrasiyasının rəhbəri Mikola Kalaşnik bildirib ki, son məlumata görə 4 nəfər həlak olub, 15 nəfər yaralanıb. Yaralılardan üçünün vəziyyəti ağırdır.

Rəsmilərin sözlərinə görə, zərbələr əsasən mülki obyektlərə – yaşayış evlərinə, məktəblərə, uşaq bağçalarına və müəssisələrə dəyib. Ən böyük dağıntılar Obuxov və Brovari rayonlarında qeydə alınıb. Ümumilikdə təxminən 30 obyektin zədələndiyi bildirilir.

Hücumun nəticələri həmçinin Vışqorod və Buça rayonlarında da qeydə alınıb. Bəzi yaşayış binaları, anbarlar və digər tikililər zərər görüb.

Hücumdan sonra Kyiv və ətraf ərazilərdə elektrik enerjisində fasilələr yaranıb. DTEK (Ukraynanın enerji sektorunda ən böyük özəl investor) fövqəladə elektrik kəsintilərinin tətbiq olunduğunu açıqlayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »