İsrail Müdafiə Qüvvələri (İMQ) son günlərdə Tehrana edilən hücumlar zamanı İranın başqa bir nüvə proqramı obyektinə zərbə endirdiyini iddia edir.
Bizimyol.info xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidməti məlumat verib.
"Son günlərdə Tehranda həyata keçirilən bir sıra zərbələrin bir hissəsi olaraq, İsrail Hərbi Hava Qüvvələri İranın başqa bir nüvə proqramı obyektinə - nüvə silahlarının vacib imkanlarını inkişaf etdirmək üçün istifadə edilən Talegan kompleksinə hücum etdi", - deyə sözçü bildirib.
"Bu zərbə İran rejiminin nüvə ambisiyalarını daha da zəiflətməyə yönəlmiş bir sıra əməliyyatların bir hissəsidir", - deyə İMQ-dən verilən məlumatda bildirib.
Qadir, Bizimyol.info






