İran qüvvələri Bəhreyndəki Amerika bazasına raket zərbəsi vurub.
Bizimyol.info xəbər verir ki, hücum barədə məlumat verən "Tasnim" xəbər agentliyi bazada böyük yanğın baş verdiyini iddia edib.
Agentliyin məlumatına görə, İran qüvvələri Bəhreyndəki ABŞ Şeyx İsa Hərbi Hava Bazasına hücum edib və bombardmandan sonra yanğın baş verib. "Tasnim"in məlumatına görə, hücumun hədəfi Amerika hərbçiləri üçün yataqxana olub.
Hücum nəticəsində mümkün zərər və ya itki barədə hələlik heç bir məlumat yoxdur.






