Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliya Baş naziri Giorgia Meloni ilə telefonla danışıb.
Bizimyol.info xəbər verir ki, bu barədə ölkə mətbuatı məlumat verib.
Liderlər Türkiyə ilə İtaliya arasında ikitərəfli münasibətləri, eləcə də regional və qlobal məsələləri, o cümlədən bölgəmizdəki münaqişənin gedişatını müzakirə ediblər.
Prezident Ərdoğan Türkiyə-İtaliya əməkdaşlığını bütün sahələrdə, xüsusən də ticarətdə daha da inkişaf etdirmək üçün çalışdıqlarını bildirib.
Ərdoğan Türkiyənin İrandakı hadisələri və onların bölgədəki təsirlərini yaxından izlədiyini və qeyri-sabitliyi artıran addımlardan qaçınmaq üçün tərəflərə lazımi məsləhətlər verildiyini qeyd edib.
Prezident Ərdoğan Türkiyənin diplomatik çərçivənin gücləndirilməsinin tərəfdarı olduğunu, beynəlxalq ictimaiyyətin bunun üçün birlikdə çalışmalı olduğunu və münaqişənin qlobal təhlükəsizliyi təhlükə altına ala biləcək risklər yaratdığını bildirib.
Ərdoğan bölgəmizdə və dünyada baş verən münaqişələrin NATO müttəfiqləri arasında, xüsusən də müdafiə sənayesində əməkdaşlığın artırılmasının vacibliyini bir daha vurğuladığını bildirib.
Bizimyol.info






