Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazir Hakan Fidan iranlı həmkarı Ərakçi ilə məhv edilən raketlə bağlı danışıb
Nazir Hakan Fidan iranlı həmkarı Ərakçi ilə məhv edilən raketlə bağlı danışıb

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan, İranın Xarici İşlər Naziri Abbas Arakçi ilə telefon vasitəsilə danışıb. Fidan, Arakçiyə, Türkiyə hava məkanına yönəlməsi müəyyən edilən və məhv edilən raketlə bağlı Türkiyənin reaksiyasını çatdırıb.

Bizimyol.info xəbər verir ki, Xarici İşlər Nazirliyi mənbələrindən verilən məlumata görə, Fidan, İran tərəfindən atılan və Türkiyə hava məkanına yönələn balistik raketin təsirsiz hala gətirilməsi ilə bağlı Türkiyənin mövqeyini bildirib və əlavə edib ki, gərginliyin bölgəyə yayılmasına səbəb olacaq hər hansı bir addımdan qaçınılmalıdır.

Fidanın, cümə axşamı günü Türkiyə Böyük Millət Məclisində (TBMM) mövzu ilə bağlı məlumat verəcəyi bildirilib.

Milli Müdafiə Nazirliyi (MSB), İran tərəfindən atılan və İraq və Suriyadan keçərək Türkiyə hava məkanına yönələn balistik raketin, NATO-nun Doğu Aralıq dənizində yerləşən hava və raket müdafiə sistemləri tərəfindən vaxtında məhv edildiyini açıqlayıb.

Xarici İşlər Naziri Hakan Fidan "TRT Haber"ə verdiyi müsahibədə: "İranın heç bir ayrım etmədən bütün Körfəz ölkələrini bombalaması son dərəcə yanlış bir strateji yanaşmadır,", - deyə qeyd edib. O, bölgənin kritik dövrlərdən keçdiyini vurğulayıb: "Son 20 ildə bölgədə çox böyük əzablar, müharibələr yaşanıb və bu gün yaşadığımız müharibə İranla olan müharibədir. Bunun təsirləri isə yalnız İranla məhdudlaşmır, artıq çoxdan proqnozlaşdırdığımız kimi, bütün bölgəyə yayılır", - deyə əlavə edib.

İranın izlədiyi strategiyanı qiymətləndirən Fidan: "İran, özünə qarşı mümkün bir hücum qiymətləndirdiyi zaman, "Mən gedərsəm, bütün bölgəni də apararam" strategiyası ilə enerji infrastrukturlarını hədəf alır", - deyib. Fidan, İranın bölgədəki enerji infrastrukturlarının dünya iqtisadiyyatı və enerji təhlükəsizliyi üçün nə qədər vacib olduğunu yaxşı bildiyini vurğulayıb.

XİN rəhbəri müharibənin nə qədər davam edəcəyi məsələsinin mübahisəli olduğunu və müxtəlif qiymətləndirmələrə açıq olduğunu qeyd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »