Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən görüşdə Almaniya kanslerini "yumruqla vurub"
ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən görüşdə Almaniya kanslerini "yumruqla vurub"

ABŞ prezidenti Donald Tramp 3 martda Ağ Evdə keçirilən görüş zamanı Almaniya kansleri Fridrix Merzi zarafatla "yumruqla" vurub.

Bizimyol.info xəbər verir ki, bu barədə mətbuat məlumat verib.

"Almaniya ilə nə edəcəyik? Düşünürəm ki, onları çox, çox sərt şəkildə yumruqlamalıyıq", - deyə Amerika lideri ABŞ-ın Almaniya ilə gələcək iqtisadi münasibətləri və tarif siyasəti ilə bağlı bir rəsminin sualına cavab olaraq bildirib. Daha sonra o, Almaniya baş nazirinin ayağına yumruq vuraraq gülümsəyib.

Merz də cavab olaraq gülüb və bu jestdən incimədiyini göstərib.

Bu, Merzin 2025-ci ilin may ayında Almaniya kansleri vəzifəsinə başlamasından bəri ABŞ-a üçüncü səfəridir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »