Livanın Baş naziri Nəvaf Salam 2 mart səhəri üçün nəzərdə tutulan təcili kabinet iclasını çağırıb.
Bizimyol.info xəbər verir ki, bu barədə NNA xəbər agentliyi məlumat verib.
Agentliyin məlumatına görə, Livan nazirləri yerli vaxtla səhər saat 8:00-da (9:00) Beyrutdakı Baabda prezident sarayında "gecə baş verən hadisələr, onların nəticələri və lazımi tədbirləri" müzakirə etmək üçün toplaşacaqlar.
2 mart gecəsi Livandan İsrailə raketlər atılıb və Hizbullah şiə hərəkatı məsuliyyəti öz üzərinə götürüb. Bundan sonra İsrail Hərbi Hava Qüvvələri Livan paytaxtının cənub kənarlarına hava hücumları həyata keçirib. Hava hücumları nəticəsində Hizbullahın hərbi qanadının bir neçə üzvü, o cümlədən Livanın cənubundakı müqavimət əməliyyatlarından məsul olan əsas komandirin öldürüldüyü bildirilib.
Bizimyol.info






