ABŞ prezidenti Donald Tramp iddia edir ki, İranın ABŞ və İsrail qüvvələrinin hücumundan sonra özünə gəlməsi üçün ən azı bir neçə il lazım ola bilər.
Bizimyol.info xəbər verir ki, o, bu qiymətləndirməni "Axios"a verdiyi müsahibədə qeyd edib.
"Mən bunu uzada və hər şeyi ələ keçirə bilərəm, ya da iki-üç günə bitirib iranlılara deyə bilərəm ki, "Nüvə və raket proqramlarınızı yenidən qurmağa başlasanız, bir neçə ildən sonra görüşərik". Hər iki halda da, bu hücumdan sonra özünə gəlmələri üçün bir neçə il lazım olacaq", - deyə o əlavə edib.
Qadir, Bizimyol.info






