Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün Şamaxıda yenidən zəlzələ olub
Bu gün Şamaxıda yenidən zəlzələ olub

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, bu gün səhər Pirqulu stansiyasından 23 km cənub-qərbdə Şamaxı rayonunda zəlzələ qeydə alınıb.

Bizimyol.info xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bu gün səhər saat 08:31-də qeydə alınan zəlzələ yerin 13 km dərinliyində baş verib.

Zəlzələ ocağının maqnitudası 3,8 olub, episentrdə və episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Son xəbərlər
Bütün xəbərlər »