Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə "F-16" təyyarəsi qəzaya uğrayıb, pilot həlak olub
Türkiyədə "F-16" təyyarəsi qəzaya uğrayıb, pilot həlak olub

Türkiyənin Balıkəsir bölgəsində 9-cu Əsas Reaktiv Baza Komandanlığına məxsus "F-16" təyyarəsi təxminən saat 00:50-də tapşırıq uçuşu zamanı qəzaya uğrayıb. Qəza nəticəsində pilot mayor İbrahim Bolat şəhid olub.

Bizimyol.info xəbər verir ki, Milli Müdafiə Nazirliyi və digər rəsmi qurumlar hadisə ilə bağlı araşdırmalara başlayıb.

Vali İsmayıl Ustaoğlu hadisə yerində etdiyi açıqlamada, təyyarənin havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğradığını bildirdi və şəhid olan pilotun ailəsinə başsağlığı verdi. Nazirlikdən verilən məlumatda, "F-16"nın radio əlaqəsi kəsildikdən sonra başlanan axtarış-xilasetmə əməliyyatları nəticəsində təyyarənin qalıqları tapıldığı bildirildi.

Daxili İşlər Nazirliyi isə prosesin hər tərəfli izlənildiyini və müvafiq qurumlarla koordinasiyalı şəkildə işlədiklərini açıqlayıb. Baş Prokurorluq isə hadisə ilə bağlı araşdırma başlatdığını bildirib.

Bu faciəli qəzada şəhid olan mayor İbrahim Bolatın adı həmçinin Milli Müdafiə Naziri Yaşar Gülər tərəfindən də qeyd olunub. Nazir, qəhrəman pilot üçün başsağlığı mesajı yayıb, ailəsinə və Türk Silahlı Qüvvələrinə səbr diləyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »