Bizimyol.info günlük bürcləri təqdim edir:
Qoç
Çox iş planlaşdırmısınız? Onda səhərdən elə başlayın və tələsin. Səhər həm yeni ideyaları həyata keçirmək, həm də əvvəldən başladığınız işləri tamamlayıb bitirmək üçün çox uyğundur. Bu vaxt detallara xüsusilə diqqətli olacaqsınız, heç nəyi gözdən qaçırmayacaq, hətta xırda səhvlərə də yol verməyəcəksiniz. Üstəlik, sizi yayındıran çox da olmayacaq, ona görə rahat şəkildə cəmlənə biləcəksiniz.
Günün ortası o qədər sakit keçməyəcək, amma yeni təkliflərlə sevindirəcək. Bu vaxt maraqlı görüşlər də mümkündür. Bəzi Qoçlar sonradan birlikdə vacib layihələr həyata keçirəcəkləri insanlarla tanış olacaqlar. Xüsusilə yaradıcılıqla məşğul olmaq və qeyri-standart yanaşma tələb edən işlər üçün uğurlu zamandır.
Buğa
Vaxtilə baş sındırdığınız vacib məsələləri həll etmək üçün bundan uyğun gün tapmaq çətindir. Bu gün cavabları nisbətən asan tapacaqsınız, hərçənd sizə kimsə kömək etməyə bilər. Hər şeydə intuisiyaya güvənmək olar, amma xüsusilə maliyyə işləri, alış-veriş və sövdələşmələr mövzusunda o, çox güclü olacaq. Pul daxilolmaları mümkündür, hətta gözlənilməz mənbələrdən belə. Bəzi Buğalar gəliri necə artırmağın yolunu tapacaq və artıq gələn həftə bu planı həyata keçirməyə başlayacaqlar.
Gün yaxınlarla ciddi bir mövzunu müzakirə etmək üçün də uyğundur. Bu dəfə kompromisə gəlmək, ümumi planlarla bağlı vacib bir qərar vermək mümkün ola bilər. Son vaxtlar ünsiyyət qura bilmədiyiniz insanlar özlərini xatırladacaq və onlardan çox maraqlı şeylər öyrənə bilərsiniz.
Əkizlər
Bu, faydalı işlər üçün yaxşı gündür, xüsusilə də uğurla başa çatması təkcə sizin üçün yox, yaxınlarınız üçün də vacib olan işlər üçün. Demək olmaz ki, bu asan alınacaq. Daha çox ehtimal var ki, səy göstərməli, bir neçə cəhd etməli olacaqsınız. Amma siz yaranan problemlərə görə narahat olmayacaq, çətinliklər qarşısında geri çəkilməyəcəksiniz. Əksinə, bəzi mürəkkəb tapşırıqlara maraqlı bir “çağırış” kimi yanaşacaqsınız və bu, günü daha da maraqlı edəcək.
Bəzi Əkizlər üçün yaxınlarından birinə kömək etmək və ya hamını narahat edən ailə problemini həll etmək imkanı yaranacaq. Ancaq bürc nümayəndələri hər kəsin gözlədiyi kimi hərəkət etməyə bilər, bu da gərgin anlar yarada bilər. Bununla belə, siz vəziyyətə yumorla yanaşacaq və kəskin məqamları yumşaltmağa çalışacaqsınız.
Xərçəng
Bu gün üçün xüsusi heç nə planlaşdırmamısınızsa belə, işlər adət etdiyinizdən çətin gedə bilər. Kimsə planlarınızı pozmağa çalışa bilər, maraqlarınızı qorumaq üçün daha sərt davranmaq lazım gələcək. Bununla yanaşı, açıq münaqişədən qaçmağa çalışacaqsınız və bunun alınmaq ehtimalı var.
Gün maliyyə məsələlərini həll etmək üçün pis deyil, xüsusilə də təkcə sizin üçün deyil, yaxınlarınız üçün də vacib olan mövzularla bağlı. Ümumiyyətlə, ailə işləri ilə məşğul olmaq, qohumları narahat edən sualları yoluna qoymaq olar.
Şir
Ünsiyyət üçün əlverişli gündür, bir çox Şiri xoş tanışlıqlar gözləyir. İş və ya hobbi ilə bağlı tədbirlərə gedən bürc nümayəndələri təkcə yaxşı vaxt keçirməyəcək, həm də çox faydalı məlumatlar öyrənəcəklər. Maraqlı təkliflər istisna deyil. Elə ola bilər ki, perspektivli bir layihə üzərində işləyən komandaya qoşula biləsiniz.
Fantaziya və yaradıcı yanaşma tələb olunan sahələrdə uğurlar mümkündür. Bu gün ağlınıza gələn ideyalar, çox güman ki, başqa heç kimin ağlına gəlməzdi. Üstəlik, onları həyata keçirməkdə də sizdən yaxşı və tez bacaran olmayacaq. Əvvəlcədən qurduğunuz planlara tam əməl etmək alınmaya bilər, amma bu problem deyil — improvizasiyalarınız uğurlu olacaq.
Qız
Hər şey istədiyiniz kimi getməsə və çətinliklər yaransa belə, siz nikbinliyi və uğura inamı qoruyacaqsınız. Bu, ətrafınızdakıların çox xoşuna gələcək. Çətinlik yaşayan insanlar məsləhət və dəstək üçün sizə müraciət edəcək, sonra da sizə borclu qalmamağa çalışacaqlar.
Mürəkkəb və qeyri-müəyyən vəziyyətdə yeganə düzgün qərarı verəcəksiniz, buna görə gözlədiyinizdən də böyük uğurlar əldə edə bilərsiniz. Bir çox Qızlara məqsədə öz yolları ilə çatmaq, yeni həllər tapmaq bacarığı kömək edəcək — təkcə tanış üsullara söykənmək və başqalarını təkrarlamaq yox.
Tərəzi
Alış-veriş və maliyyə məsələlərini həll etmək üçün uyğun gündür. Pul məsələsi olan yerdə risk etməyəcək, məsuliyyətsizlik göstərməyəcəksiniz. Bu yanaşma çox ağıllı olacaq və əlavə xərclərdən qoruyacaq. Kiçik alışlar uğurlu alınacaq, hətta qərarı elə yolda, uzun-uzadı düşünmədən versəniz belə.
Son vaxtlar özünü inamsız hiss edən, çıxılmaz vəziyyətə düşdüyünü düşünən Tərəzilərdə maraqlı ideyalar və gələcəklə bağlı daha aydın planlar yaranacaq. Elə bu vaxt da planlarınızı həyata keçirməyə kömək etməyə hazır insanlar yanınızda olacaq və qayğılarınızın bir hissəsini üzərlərinə götürəcəklər.
Əqrəb
Bir çox işdə uğur qazana bilərsiniz, amma nəzərə alın ki, bunun üçün səy göstərmək lazım olacaq. Hətta sadə tapşırıqları belə tez həll edəcəyinizə arxayın olmayın. Daha çox ehtimal var ki, gözlənilməz gecikmələr yaranacaq, kömək vəd edən insanlar isə bunu edə bilməyəcəklər. Diqqəti yayındıran xırda anlaşılmazlıqlar və vacib işlərə fokuslanmağa mane olan hadisələr əsəblərinizi poza bilər.
Amma yenə də bu günü pis adlandırmaq olmaz. Birincisi, müsbət tendensiyaların təsiri kifayət qədər nəzərə çarpacaq, xüsusilə şəxsi münasibətlərdə. Yaxınlarla vacib bir mövzunu danışmaq lazımdırsa, bu gün bunun üçün əla uyğundur. İkincisi, çeviklik göstərib işlərə yaradıcı yanaşsanız, vərdiş etdiyiniz üsullarla kifayətlənməsəniz, həyatınızı xeyli asanlaşdıracaq və məqsədə daha tez çatacaqsınız.
Oxatan
Bu, mürəkkəb işlərin öhdəsindən təkbaşına gəlmək üçün ən yaxşı gün deyil. Səhəri müttəfiq axtarışına sərf etmək daha faydalıdır. Yanınızda hər mənada güvənə biləcəyiniz insanlar olacaq. Köhnə tanışlardan kimsə qayğılarınızın bir hissəsini üzərinə götürə bilər. Bu yaxınlarda ilk dəfə görüşdüyünüz insanlar isə əla məsləhətlər verə və sizi maraqlı fikirlərə yönləndirə bilərlər.
Şərait necə olursa-olsun, özünüzə inamınızı itirməyəcəksiniz. Elə bu inam da başqalarının geri çəkildiyi yerdə uğur qazanmağınıza kömək edəcək. Çoxdan əldə etdiyiniz biliklər işə yaraya bilər. Köhnə səhvləri təkrarlamayacaq, vəziyyəti tez dəyərləndirib məqsədə aparan yolu tapacaqsınız, başqaları isə hələ variantları götür-qoy edəcək.
Oğlaq
Hər şey yaxşı alınacaq. Vacib işlərdə ulduzların dəstəyinə arxalana bilərsiniz. Əvvəllər hamını çıxılmaz vəziyyətə salan sualları həll etmək mümkün olacaq, burada təcrübə və sağlam məntiq köməyə gələcək. Həmfikir insanlarla vacib mövzuları müzakirə etmək, onlardan məsləhət və ya dəstək almaq üçün imkan yaranacaq.
Bu gün üçün böyük planlarınız varsa, bir neçə işi eyni vaxtda görməyə hazır olun. Bir tapşırıqdan digərinə ardıcıl keçərək işləmək çətin olacaq. Hətta eyni anda çox şey haqqında düşünməli olsanız belə, səhv etməyəcək, heç nəyi unutmayacaq və qarışdırmayacaqsınız.
Dolça
Yeni tanışlıqlar üçün çox əlverişli gündür. Əgər çoxdan ünsiyyət dairənizi genişləndirməyin yaxşı olacağını düşünürdünüzsə, bu gün bunun üçün şans var. Peşəkar və ya yaradıcı tədbirlərdə rastlaşacağınız insanlarla asanlıqla ümumi dil tapacaqsınız. Xoş söhbət daha böyük bir şeyin başlanğıcı ola bilər: uzunmüddətli əməkdaşlığın, həqiqi dostluğun və ya romantik hekayənin. Əvvəllər yola getmədiyiniz insanlarla münasibətlərdə də yaxşıya doğru dəyişikliklər mümkündür. Bəzi Dolçalar küsülü olduqları insanlarla barışmağın yolunu tapacaq, köhnə əlaqələri bərpa edəcək və buna çox sevinəcəklər.
Başqasının səhvlərini düzəltməyə bir qədər vaxt sərf etmək lazım gələ bilər. Demək olmaz ki, istirahət gününü məhz buna həsr etmək istərdiniz, amma yenə də faydalı bir iş görmək, özünüzün və başqalarının həyatını yüngülləşdirmək xoş olacaq.
Balıqlar
Gün çox məhsuldar keçəcək. Vaxtı boşa xərcləmək istəməyəcək və səhərdən elə vacib bir işə girişəcəksiniz. Təkcə sizin üçün yox, yaxınlarınız üçün də önəmli olan bir neçə çətin məsələni həll etmək mümkün olacaq. Xırdalıqlara diqqət verin, bütün detalları araşdırmağa ərinməyin — bu, səhvlərdən qaçmağa və heç nəyi gözdən qaçırmamağa kömək edəcək. Ancaq maliyyə işlərində daha ehtiyatlı olun, çünki burada düşüncəsizlik göstərib lazım olduğundan çox xərcləmək riskiniz var.
Yaxınlarla münasibətlər baxımından bu, ən asan gün deyil. Amma intuisiya münaqişə və mübahisələrdən qaçmaq üçün nə etmək lazım olduğunu sizə göstərəcək. Tələsməmək, əsəbi anlarda söz deməmək və ciddi nəticələr verə biləcək vacib qərarları tələsik qəbul etməmək çox önəmlidir.






