Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sən, ey uşaqlıq"... Bir vaxtlar növbədə dayandığımız, əyləndiyimiz oyun yerləri bizim kimi qocalır - Video
"Sən, ey uşaqlıq"... Bir vaxtlar növbədə dayandığımız, əyləndiyimiz oyun yerləri bizim kimi qocalır - Video

Uşaqlıqda Sony oyunları bir çoxumuz üçün ən sevilən əyləncə növlərindən biri idi. Bu oyunlar əsasən sadə oyun salonlarında, internet kafelərdə oynanılırdı. Amma zaman keçdikcə həmin məkanlar dəyişdi, inkişaf etdi. Adları da da dəyişdi. "PlayStation" klubları adlandı və texnoloji baxımdan xeyli inkişaf etdi. Əgər uşaqlar arasında əvvəllər "Mortal Kombat" və "Super Mario" kimi oyunlar populyar idisə, bu gün "LOL", "PUBG", "GTA", "Call of Duty", "Fortnite" və "Roblox" uşaqların əsas seçimidir.

Maraqlıdır ki, forma dəyişdi, məkan dəyişdi, amma oyunlara maraq dəyişmədi. Bu gün təkcə uşaqlar deyil, böyüklər də oynayır. Bəzi salonlarda sadə komputerlərin yerini yüksək keyfiyyətli konsollar və onlayn platformalar tutur. Küçə arasında yerləşən oyun salonlarının yerini ticarət mərkəzlərində yerləşən müasir oyun zonaları tutur. Bu gün uşaqlar "Gaming lounge", "VR zone" oyun sahələri kimi yeni anlayışlarla böyüyürlər. Oyunlar müasirləşir, oyun məkanları da dəyişir.

Bu gün oyunlar təkcə əyləncə deyil, həm də ünsiyyət vasitəsinə çevirib. Uşaqlar dünyanın istənilən ölkəsində öz həmyaşıdları, oyun yoldaşları ilə danışa bilirlər. Əslində onlayn oyunlar uşaqlara komanda işi və sürətli qərarvermə bacarığı qazandıra bilir. Amma eyni zamanda uzunmüddətli və nəzarətsiz oyun asılılıq riski yaradır. Zorakı məzmunlu oyunlar uşaqların emosional dünyasına mənfi təsir göstərə bilər. Uşaqlar oyunlarda oynadıqlarını real həyatda canlandırmağa çalışa bilərlər. Hətta çox oyun oynamaq, ekran qarşısında normadan artıq vaxt keçirmək diqqət dağınıqlığı və sosial təcridə səbəb ola bilir. Buna görə valideyn nəzarəti və vaxt balansı bu məsələdə xüsusi əhəmiyyət daşıyır.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »