Ameika Birləşmiş Ştatların vitse-prezidenti Cey Di Vensin Cənubi Qafqaza səfəri başlayıb. Vitse-prezident İrəvandan sonra Bakıya gələcək. Hər iki ölkəni rəhbərliyi ilə görüşlər, yüksək səviyyəli danışıqlar nəzərdə tutulub.
ABŞ-ın vəzifəcə ikinci şəxsinin bölgəyə səfəri sıradan bir hadisə deyil. Səfərin ümumi məqsədi bölgədə ABŞ-ın daha fəal rol oynamaq niyyətlərindən xəbər verir. Bu, ötən il avqustun 8-də Vaşinqtonda Birləşmiş Ştatların prezidenti Donald Trampın iştirakı ilə Azərbaycanla Ermənistan arasında imzalanmış, eləcə də, Birləşmiş Ştatların ayrı-ayrılıqda həm Azərbaycanla, həm Ermənistanla imzalad ığı sənədlərin icrası ilə bağlı səfərdir. ABŞ Yaxın və Orta Şərqdə, eləcədə, qonşu və yaxın bölgələrdə öz xarici siyasətini, geopolitik priortetərini dəqiqləşdirməyə çalışır. Uzun müddət bu istiqamətdə boşluqlar var idi. Xüsusilə, Cozef Bayden administrasiyası dövründə Birləşmiş Ştatların bütövlükdə Yaxın Orta Şərq, eləcə də, Cənubi Qafqaz üzrə siyasəti iflasa uğramışdı. Ancaq bir sıra amillərin təsiri altında Vaşinqtonun bu subregona yönəlik siyasətin dəyişməsini izləyirik.
Həmin amillər bunlardır:
Birinci ami Azərbaycanın 2020-ci ildə müharibədə qələbə qazanması, Ermənistanın işğalçı ordusunu öz ərazisindən çıxarması, öz ərazi bütövlütünü təmin etməsi, 2021-2022-ci illər ərzində Ermənistanla şərti sərhədlərə öz nəzarətini möhkəmləndirməsi, sərhədlərin delimitasiyası və demarkasuyası prosesini, bütövlükdə iki ölkə arasında sülh gündəliyini başladaraq vasitəçilətərsiz - ikitərəfli birbaşa dialoqu beynəlxalq səviyyədə qəbul etdirməsi, 2023-cü ildə isə bütün ərazisində öz suverenliyini bərpa etməsidir. Əgər Azərbaycan bütün bunlara nail ola bilməsıydi, indiki kimi normallaşma prosesinin lokomotivi yox, zəif bəndi olaraq qalardı.
İkinci önəmli amil isə ABŞ-da Donald Trampın yenidən hakimiyyətə qayıtması və əvvəlki administrasiyadan fərqli olaraq, Vaşinqtondakı indiki komandanın Azərbaycanın istər Cənubi Qafqazda, bütövlükdə region miqyasında, istərsə də qlobal səviyyədə artan rolunu və üstün potünsialını düzgün qiymətləndirə bilməsi və bölgəyə yönəlik siyasətdə, demək olar köklü müsbət dəyişikliyə iradə göstərməsidir.
Üçüncü amil isə, Azərbaycanın qazandığı tarixi qələbənin və sonrakı proseslərin Ermənistanı qonşularla normallaşmaya sövq etməsidir.
Bu amillərin təsiri ilə avqust razılaşmaları meydana gəlib və vitse-prezident Vensin bölgəyə səfəri də bu reallığın daha da möhkəmləndirilməsinə yönəlib.
Yadınızdadırsa, Azərbaycan prezidenti İlham Əliyev tarixi qələbədən dərhal sonra "Zəngəzur dəhlizi" ideyasını daha böyük inamla və daha güclü israrla gündəmə daşıdı. O, bildirirdi ki, istənilən halda Ermənistan buna razılaşmalı olacaq. Söhbət Ermənistanla yeni müharibədən getmirdi (biz bunu həmişə qeyd etmişik). Azərbaycan Prezidenti siyasi və iqtisadi vasitələri, beynəlxalq təsiri nəzərdə tuturdu. Bu gün həmin fikirlərin, bəyanatların, demək olar, doğrulduğunun şahidləriyik. Belə ki, hazırda Azərbaycanla Ermənistan arasında doaliq münaqişəli məqamlar üzərində deyil, daha çox sülhün möhkəmlənməsi və iqtisadi tərəfdaşlıq gündəliyi üzərində gedir. Ermənistan hökuməti də bəyan edir ki, münaqişə səhifəsi bağlanıb, dinc qonşuluq və tərəfdaşlıq perspektivləri açılıb. Avqust razılaşnalarına qədər İrəvandan bu cür bəyanatlar səslənmirdi. Ancaq indi Ermənistanın baş naziri münaqişənin bitdiyini deyir. Ermənistan prezidenti Davosda Azərbaycanın lideri ilə həmfikir olduqlarını deyir.
Cey Di Vensin səfəri də məhz bu kontekstdə baş verir; strateji və ticari əlaqələri gücləndirməyə, TRIPP (Trump Route for International Peace and Prosperity) - "Tramp yolu" nəqliyyat-ticarət layihəsini irəli aparmağa yönəlib. Söhbət "Zəngəzur dəhlizi" layihəsindən gedir. Əlbəttə ki, bu, həm də Azərbaycan və Ermənistan hökumətlərinə güclü siyasi dəstəkdir. O cümlədən, bu səfər Ermənistanda Rusiyameylli qüvvələrin siyasi perspektivlərini də zəiflədir.
Şübhəsiz ki, Ermənistan hökumətinin əvvəlkindən fərqli - daha müstəqil xarici siyasət aparmasında Azərbaycanın mühüm rolu var. Vaşinqton razılaşnalarından sonra Ermənistana Azərbaycan üzərindən yüklərin daşınması və Azərbaycandan bu ölkəyə neft məhsullarının ixracı çox önəmli faktordur və yeni reallıqlar yaradıb. Bir sözlə, Vensin bölgəyə səfəri üçün əlverişli siyasi fonu Azərbaycan təmin edib. Beləliklə, rəsmi Bakı bu dialoqun aparıcı qüvvəsinə çevrilib.
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info





