İsrail üçün casusluq etməkdə ittiham olunan İran vətəndaşı İslam Respublikasında edam edilib.
Bizimyol.info xəbər verir ki, bu barədə İranın "Mehr" xəbər agentliyi məlumat verib.
Agentliyin məlumatına görə, "28 aprel 2025-ci ildə həbs edilən Həmid Rza Sabet Esmailpour casusluq və İrana düşmən olan İsrail kəşfiyyat xidməti Mossadla əməkdaşlıq etdiyinə görə asılıb". İddia olunur ki, iranlı Mossad zabiti ilə əlaqə saxlayıb və ona məxfi məlumat və sənədlər ötürüb.
Hökm məhkəmə prosesinin bir hissəsi olaraq verilib və İslam Respublikasının Ali Məhkəməsi tərəfindən təsdiqlənib.
Bizimyol.info






