Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Samovarla çay dəmləmək üsulu çayın uzun müddət isti qalmasını, təravətini və dadını qoruyur - Video
Samovarla çay dəmləmək üsulu çayın uzun müddət isti qalmasını, təravətini və dadını qoruyur - Video

İstirahət edərkən “bir samovar çayı olsaydı, pis olmazdı” fikri çoxunun ürəyindən keçir. Samovar çayının dadı, ləzzəti digər üsula hazırlanmış çaylardan çox fərqli olur. Samovar çayı sanki insanı bir qədər keçmişə aparır. Maraqlıdır ki, heç bir insan keçmişə qayıtmaq istəməsə də, samovar çayının dadı ilə bunu ani də olsa yaşaya bilir.

Adətən mis, gümüş və ya qızıl kimi metallardan hazırlanan samovar Rusiyada ilk dəfə 18-ci əsrdə ortaya çıxıb.

Samovar sözü fars mənşəlidir və "öz-özünə qaynayan" deməkdir.

Tarix boyu samovarın forması və dizaynı müəyyən bir bölgənin mədəni estetikasına və texnoloji imkanlarına görə dəyişmişdir.

Samovarla çay dəmləmə üsulu çayın uzun müddət isti qalmasını, təravətini və dadını qorumasını təmin edir. Samovarlar dizaynı və funksiyası baxımından fərqli ola bilər. Hər zaman deyirlər ki, samovarın odun və kömürlə işləyəni çayı daha dadlı edir. Çünki odun və kömürlə qaynayan çayın dadı və qoxusu fərlqi olur.

Samovar seçimi şəxsi seçimlərdən, eləcə də samovarın materialı, ölçüsü, tutumu və istilik mənbəyi kimi texniki xüsusiyyətlərdən asılıdır. Samovarlar mis, alüminium və paslanmayan polad kimi müxtəlif materiallarda mövcuddur. Hər bir materialın öz istilik dəyəri və spesifik tələbləri var. Məsələn; mis samovarlar istiliyi bərabər paylayır və estetik cəhətdən xoş görünüş təqdim edir.

Samovarın ölçüsü və tutumu istifadəçinin ehtiyaclarından və həyat tərzindən asılıdır. Samovarın keyfiyyəti nə qədər yüksəkdirsə, onun işləmə müddəti də bir o qədər uzundur. Böyük tutumlu samovar böyük ailəsi olan və ya tez-tez qonaq qəbul edən biri üçün ideal ola bilər. İstilik mənbəyi kimi qaz, elektrik və ya odun istifadə edilə bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »