Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Şəhər infrastrukturunda hər elementin öz funksional yeri olmalıdır, biri digərinin üzərinə yüklənməməlidir”
“Şəhər infrastrukturunda hər elementin öz funksional yeri olmalıdır, biri digərinin üzərinə yüklənməməlidir”

Bir nəfər Xətai prospektində yeni xətlənmiş yol nişanlanmasını lentə alaraq bunun məntiqini başa düşmədiyini bildirib. Əslində, bu cür xətlənmə Avropada, xüsusilə də İspaniyanın Barselona şəhərində geniş şəkildə tətbiq olunur. Burada yolun tam sağ hissəsində yerləşən zolaq velosipedçilər üçün nəzərdə tutulub. Velosiped zolağının dərhal yanında isə parkinq yerləri ayrılıb. Beləliklə, həm velosipedçilər üçün təhlükəsiz hərəkət imkanı yaradılır, həm də sürücülərin avtomobillərini saxlaya bilməsi üçün şərait təmin olunur. Bu yanaşma şəhər nəqliyyatında müasir və funksional həll yolu hesab edilir.

  • Velosiped zolağının avtomobil parkinq yerləri ilə yanaşı yerləşdirilməsi modelinin Bakıda tətbiqi nə qədər effektiv və təhlükəsiz hesab olunur?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, piyadaların velosiped üçün ayrılmış yolla hərəkət etməyə məcbur qalması ciddi təhlükə yaradır: “Biz çox zaman xarici modelləri ölkəmizdə tətbiq etməyə çalışırıq, lakin burada zamanlama və keyfiyyət məsələləri nəzərə alınmalıdır. Yəni Azərbaycanda yollar, şəhər planlaması və ümumi infrastruktur bu yeniliklərə nə dərəcədə imkan verir? Bu səbəblə proseslərə tələsmədən, mövcud şəraitə uyğunlaşaraq yanaşmaq vacibdir.

Şəhər infrastrukturunda hər elementin öz funksional yeri olmalıdır, biri digərinin üzərinə yüklənməməlidir. Məsələn, Avropa ölkələrində velosiped zolaqları, piyada yolları və avtomobil yolları aydın şəkildə bir-birindən ayrılıb. Amma bizdə avtomobil yolunun bir hissəsini velosiped zolağına çevirmək, eyni zamanda piyadaların həmin yolla hərəkət etməyə məcbur qalması ciddi təhlükə yaradır. Belə olduqda nə piyadalar, nə velosipedçilər, nə də sürücülər üçün təhlükəsiz mühitdən danışmaq mümkün deyil”.

Aslan Əsədov Aslan Əsədov

“Ümumilikdə, əgər parkinqi yalnız avtomobillərin dayanması üçün nəzərdə tuturuqsa, burada funksionallıqdan danışmaq mümkün deyil. Bu səbəbdən, bu məsələlər bir-birindən fərqli və ayrı mövzulardır. Onları qarışdırmaq olmaz, əks halda funksional nəqliyyat sistemi və bu sahədə formalaşan düşüncə tərzimiz pozula bilər. Belə məsələlərin həlli isə prioritet olaraq diqqət mərkəzində saxlanılmalıdır”-deyə Aslan Əsədov qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »