Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Venesuela prezidenti Nikolas Maduroya Türkiyəyə gətirməsini təklif etdiyi barədə xəbərləri təkzib edib.
Bizimyol.info xəbər verir ki, bu barədə "TRT haber" məlumat verib.
Jurnalistlərin Venesuelanın devrilmiş lideri Maduroya Türkiyəyə səfər təklif edilməsi iddiası ilə bağlı sualına Prezident Ərdoğan: "Bizə belə bir xəbər gəlməyib", - deyə cavab verib.
Bir müddət əvvəl "The New York Times" (NYT) qəzeti 23 dekabrda ABŞ hakimiyyətinin Maduroya ölkəsini tərk edərək Türkiyəyə getmək imkanı təklif etdiyini, lakin Venesuela liderinin "planı qəzəblə rədd etdiyini" bildirib.
3 yanvarda Venesuela xarici işlər naziri İvan Gil Pinto ABŞ-ın Karakasdakı mülki və hərbi hədəflərə hücum etdiyini açıqladı. O, Vaşinqtonun hərəkətlərini hərbi təcavüz adlandırıb və Latın Amerikası respublikasında fövqəladə vəziyyət elan edildiyini deyib. ABŞ prezidenti Donald Tramp hücumları təsdiqləyib. Vaşinqton Maduro və həyat yoldaşını tutmaq və devirmək üçün əməliyyat keçirib.
Bizimyol.info






