Vaşinqton administrasiyası hesab edir ki, ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronun oğurlanması əməliyyatı zamanı mülki şəxslər də daxil olmaqla təxminən 75 nəfər ölüb.
Bizimyol.info xəbər verir ki, bu barədə "The Washington Post" (WP) məlumat yayıb.
Mənbələrindən birinə görə, əməliyyat nəticəsində "ən azı 67 nəfər həlak olub". Başqa bir mənbə ölənlərin sayını "təxminən 75-80" olaraq qeyd edir. Nəşr ölənlər arasında Kuba və Venesuela hərbçiləri ilə yanaşı, mülki şəxslərin də olduğunu bildirib.
ABŞ prezidenti Donald Tramp əvvəllər əməliyyatda çoxsaylı hərbçilərin, əsasən kubalıların öldürüldüyünü bildirmişdi. O, bu əməliyyatı "diqqətəlayiq" və "çox mürəkkəb" adlandırmışdı.
Kuba prezidenti Migel Dias-Kanel bildirmişdi ki, ABŞ-ın Maduro və həyat yoldaşı Siliya Floresi oğurlamaq üçün həyata keçirdiyi əməliyyatlar nəticəsində döyüş tapşırıqlarını yerinə yetirərkən 32 kubalı həlak olub. Adada iki günlük matəm elan edilib. Venesuela hakimiyyəti ABŞ-ın təcavüzü nəticəsində hərbçilərin və mülki şəxslərin itkisi ilə bağlı yeddi günlük matəm elan edib.
Qadir, Bizimyol.info






