İsrail hərbçiləri HƏMAS-ın Xan-Yunisdəki Qərb bölüyünün komandiri Vahid Əbu Salamı öldürüblər.
"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Ordunun məlumatına görə, son aylarda Əbu Salam yeni hücumların hazırlanması, o cümlədən Qəzza zolağının cənubunda fəaliyyət göstərən İsrail hərbçilərinə zərbələr endirmək üçün nəzərdə tutulmuş silahların bərpası ilə məşğul olub.
Həmçinin bildirilib ki, 2023-cü il oktyabrın 7-də Əbu Salam HƏMAS-ın hücumu zamanı İsrail ərazisinə daxil olub və Qəzza zolağına aparılan dinc israilli sakinlərin qaçırılmasında iştirak edib.






