Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaqlar üçün təhlükəsiz internet: Elektron Təhlükəsizlik Xidməti 78 məktəbdə genişmiqyaslı maarifləndirmə aparıb
Uşaqlar üçün təhlükəsiz internet: Elektron Təhlükəsizlik Xidməti 78 məktəbdə genişmiqyaslı maarifləndirmə aparıb

“2024-cü ildən başlayaraq Məktəblinin Dostu Layihəsi çərçivəsində Elektron Təhlükəsizlik xidməti tərəfindən məktəblərdə silsilə marifləndirmə tədbirləri təşkil olunmuşdur.Tədbir çərçivəsində 78 məktəblə əməkdaşlıq edilmiş, 481 təlim təşkil olunmuş və ümumilikdə 42 minə yaxın məktəbli və təhsil əməkdaşlığının informasiya təhlükəsliyi sayəsində marifləndirilməsi həyata keçirilmişdir, hansı ki, uşaqların zərərli informasiyadan qorunmasını da həyata edirdi”.

Bizimyol.info xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən “Uşaqların zərərli informasiyadan qorunması” mövzusunda brifinqdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətində baş məsləhətçi Fatimə Eyyub bildirib. Onun sözlərinə görə, layihə 2025-ci ildə uğurlu başa çatdırılmışdır.

“Digər fəaliyyət istiqaməti olaraq, Elektron Təhlükəsliyi xidməti yayılması qədəğan edilən informasiya ehtiyatlarında yerləşdirildikdə ona müraciətin məhdudlaşdırılması üzrə tədbirlər görür.

Qanunvericiliyə əsasən, informasiya sahibləri informasiyanın qanunvericiliyin tərəflərinə uyğun olaraq internet informasiya ehtiyatlarında yerləşdirməlidirlər. Uşaqların zərərli informasiyadan qorunması kontekstində bu, informasiya məhsulunun yaşa görə düzgün təsnifatlaşdırılmasını əhatə edir. Həmkərlərinin də qeyd etdiyi kimi, uşaqların zərərli informasiyadan qorunması haqqında qanun tələb edir ki, informasiya məhsulunun sahibi, informasiya ehtiyatları sahibi informasiya məhsulunu yerləşdirəndə onu qanunvericilik ilə müəyyən edilmiş məyarlara uyğun olaraq, yaş kateqoriyasına uyğunlaşdırmalıdır və təsnifatlaşdırmalıdır.

Həmin yaş kateqoriyaları universal, 6 yaşadək, 6 yaşdan, 12 yaşdan, 16 yaşdan və 18 yaşdan olaraq bölünür və informasiya məhsulunun müəyyən yaş kateqoriyasına aid edilməsi də informasiya məhsulunun yaş kateqoriyalarına aid edilməsi qaydaları ilə tənzimlənir”.

Fatimə Eyyub qeyd edib ki, dövlət qurumları, valideynlər, təhsil əməkdaşları və ümumiyyətlə cəmiyyətin bütün üzvlər arasında bu sahədə əməkdaşlıq olduqda nisbətən təhlükəsiz internet mühitinin uşaqlar üçün formalaşdırılması mümkündür.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »