Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputat Müşfiq Məmmədli: "Ölkə üzrə bütün regionları əhatə edən 19 diaqnostik laboratoriya qurulub"
Deputat Müşfiq Məmmədli: "Ölkə üzrə bütün regionları əhatə edən 19 diaqnostik laboratoriya qurulub"

İİV/QİÇS (İnsan İmmunçatışmazlığı Virusu/Qazanılmış İmmunçatışmazlığı Sindromu) haqqında məlumatlılığı artırmaq, yoluxmuş insanlara dəstək göstərmək və virusla bağlı ayrı-seçkiliyin qarşısını almaq üçün sadəcə təyin olunmuş bir xüsusi gün yox, hər gün diqqətdə saxlamaq lazımdır. Azərbaycan da daxil olmaqla bir çox ölkələrdə bu xəstəliklə bağlı maarifləndirici tədbirlər keçirilir.

  • Azərbaycanda QİÇS-lə mübarizə sahəsində görülən işləri necə qiymətləndirirsiniz?
  • QİÇS-lə yaşayan insanlara qarşı cəmiyyətdə hələ də müəyyən stereotiplər və ayrı-seçkiliklər mövcuddur. Bu yanaşmanın dəyişməsi üçün hansı addımlar atılmalıdır?

Məslə ilə bağlı Bizimyol.info xəbər portalına Millət Məclisin deputatı Müşfiq Məmmədli bildirib ki, hər il bu gün Respublika QİÇS-lə Mübarizə Mərkəzi bu sahədə görülən işlər barədə hesabat verir: “Azərbaycanda QİÇS-lə mübarizə istiqamətində çox böyük işlər görülmüşdür. Müstəqilliyimiz əldə olunduqdan və səhiyyədə islahatlar keçirəndən sonra xüsusisən Səhiyyə Nazirliyinin müvafiq profil təşkilatının bu sahə üzrə gördüyü işlər həqiqətən də diqqətəlayiq və təqdirəlayiqdir. Çünki 1 dekabr Ümumdünya QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü olduğunu da bir istiqamət götürərək söyləyə bilərəm ki, həqiqətən də hər il bu gün Respublika QİÇS-lə Mübarizə Mərkəzi bu sahədə görülən işlər barədə hesabat verir. Gələcək işlər barədə planlama barədə mühüm istiqamətlərin müəyyənləşməsi barədə ictimaiyyəti müvafiq orqan təşkilatları səhiyyə ictimaiyyətini maarifləndirirlər, məlumatlandırırlar.

Biz bu qısa müddətdə hansı irəliləyişləri gördük? 1-ci ən mühüm məsələ - Diaqnostik laboratoriyaların qurulması. Artıq ölkə üzrə 19 Diaqnostik laboratoriyalar qurulmuşdur ki, bunlar da hərtərəfli bütün regionları əhatə edir, hərtərfli yoluxma, profilaktika istiqamətində, səhiyyənin digər sektorlarında QİÇS -lə mübarizənin bir infrastrukturunun qurulmasında mühüm bir addımdır.

QİÇS-lə mübarizə mərkəzinin özü yenidən qurulmuşdur. Yeni texnologiyalar alınmışdır. İndi hal-hazırda stasionar da yenidən qurularaq fəaliyyət göstərir.

Aşkarlamalar kifayət qədər aparılıb. Bundan əlavə, nikah zamanı tibbi müayinələrə insan immunçatışmazlığı virusunun (HİV) aşkarlanmasına dair testlərin daxil edilməsi çox mühüm addımdır. Bu cür ilkin aşkarlanma və görülən tədbirlər nəticəsində virusun yoluxduruculuq qabiliyyəti azala bilər. Əgər virus vaxtında aşkar olunarsa, vətəndaşların maarifləndirilməsi və yoluxma zəncirinin qırılması istiqamətində aparılan tədbirlər daha effektiv olur. Bu gün keçirilən konfransda da bu mövzularda ətraflı məlumat verildi. Həqiqətən də aydın oldu ki, Azərbaycan bu sahədə təkcə regionda deyil, dünya miqyasında da uğurlu nəticələr əldə etmiş ölkələrdən biridir".

Milli Məclisin deputatı Müşfiq Məmmədli Müşfiq Məmmədli

Deputat vurğulayıb ki, bu məsələdə maarifləndirici aksiyaların keçirilməsi istiqamətində aparılan işlər mühüm rol oynayır: "Təbii ki, cəmiyyətdə müəyyən stereotiplər mövcuddur. Bu, həm insanlar arasında ayrı-seçkiliyin yaranmasına, həm də QİÇS-ə yoluxmuş şəxslərin müxtəlif təzyiqlərlə üzləşməsinə səbəb olur. Belə hallarda yalnız QİÇS-lə Mübarizə Mərkəzinin fəaliyyəti kifayət etmir. Səhiyyə Nazirliyinin strukturu çərçivəsində qeyri-hökumət təşkilatlarının (QHT) və sahəyə dəstək verən digər ictimai qurumların birgə fəaliyyəti vacibdir. Maarifləndirici aksiyaların keçirilməsi, televiziya kanallarında, ictimai nəqliyyatda və müxtəlif dövlət və özəl təşkilatlarda çalışan şəxslərin məlumatlandırılması istiqamətində aparılan işlər mühüm rol oynayır. Lakin bu cür tədbirlər daha da intensivləşdirilməlidir ki, neqativ halların qarşısı tam şəkildə alınsın."

Günel Həsənova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »