ABŞ Prezidenti Donald Tramp Ağ Evin yaxınlığında iki Milli Qvardiya əsgərinə edilən hücumu terror aktı və millətə qarşı cinayət adlandırıb.
Bizimyol.info xəbər verir ki, Amerika liderinin video müraciətində qeyd etdiyi kimi, cinayətkar ən sərt cəza ilə üzləşəcək.
"Bu dəhşətli hücum şər, nifrət və terror aktı idi. Bu, bütün millətimizə, insanlığa qarşı cinayət idi. Bu gecə bütün amerikalıların qəlbi bu iki Qərbi Virciniya Milli Qvardiya əsgəri və onların ailələri ilədir", - deyə o bildirib.
"Amerika Birləşmiş Ştatlarının Prezidenti olaraq, bu vəhşiliyi törədən heyvanın son bədəli ödəməsini təmin etməyə qərarlıyam", - deyə Amerika lideri əlavə edib.
Qadir, Bizimyol.info






