Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreya qoşunları Cənubi Koreya ilə sərhədi keçib
Şimali Koreya qoşunları Cənubi Koreya ilə sərhədi keçib

19 noyabrda Koreya Xalq Ordusu (KXO) qoşunlarının Koreyalararası sərhədi qısa müddətə pozduğu iddia edilir və bu da Cənubi Koreyanı xəbərdarlıq atəşi açmağa vadar edib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Yonhap" xəbər agentliyi mənbələrə istinadən məlumat verib.

Agentliyin məlumatına görə, Şimali Koreya qoşunları sərhəddə iş aparırmış. Agentliyin mənbələri KXO qoşunlarının sayını və ya onların silahlı olub-olmadığı barədə məlumat əldə edə bilməyib.

Cənubi Koreya əvvəlcə radio vasitəsilə xəbərdarlıq yayımlayıb, sonra xəbərdarlıq atəşi açıb. Seul bildirib ki, onlar "təlimatlara uyğun hərəkət ediblər". Daha sonra Şimali Koreya qoşunları öz ərazilərinə qayıdıblar.

17 noyabrda Koreya Respublikasının Müdafiə Nazirliyi sərhəd pozuntularının qarşısını almaq üçün Koreya Xalq Demokratik Respublikas (KXDR) ilə hərbi sərhəd demarkasiyası danışıqları təklif edib, çünki 1953-cü ildən bəri de-fakto sərhədi qeyd etmək üçün istifadə edilən bir çox nişan zədələnib və ya zəif görünürdü.

Cənubi Koreya tərəfinin məlumatına görə, bu il təxminən 10 belə sərhəd pozuntusu qeydə alınıb. Cənubi Koreya hakimiyyəti bu hadisələrin yenidən demarkasiya zərurəti ilə əlaqəli olduğunu qeyd edir. Əvvəllər Seul bu cür pozuntuları qəsdən hesab etmədiyini bildirmişdi.

Oxşar hadisə 19 oktyabrda baş vermişdi. 2024-cü ilin yazından bəri Koreya Xalq Respublikası Koreyalararası sərhədi fəal şəkildə möhkəmləndirir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »