"Yük yığmaq ənənəsi" toydan əvvəl bəyin evindən gəlinə göndərilən cehiz və hədiyyələrin nümayişi ilə əlaqəli bir ənənədir. “Yük yığmaq ənənəsi” hədiyyələrin nümayiş etdirildiyi bir mərasimdir.
Bəyin ailəsi toydan əvvəl gəlinə və ailəsinə təqdim edilən müxtəlif hədiyyələri (sandıqlar, geyimlər, zərgərlik əşyaları və s.) ictimaiyyət qarşısında nümayiş etdirir. Bu hədiyyələr bəyin evində keçirilən tədbirdə nümayiş etdirilir. Gəlinə məxsus olanlar bəyin evində sandığa qoyulur, digərləri başqa yerlərə paylanır. Daha sonra bu hədiyyələr gəlinin evinə göndərilir. Bəyin ailəsinə verilən hədiyyələr - sandıqlar, xalçalar, geyimlər və zərgərlik əşyaları qonaqlara nümayiş etdirilirdi. Gəlinə məxsus olanlar axşam gəlin sandığına, digərləri digər sandıqlara qoyularaq gəlin evinə göndərilirdi. Gəlin evinin ağsaqqalları bu sandıqları gətirənlərə müxtəlif hədiyyələr verirdilər. Sonradan bu yüklər yorğan-döşək gəlinin otağında sandığın üzərinə yığılarmış. İllər keçsə də, bu yüklər köhnəlsə də, eyni yerdə yük yığılarmış.
Bu gün qədim Azərbaycan evlərinə nəzərə saldığımız zaman bütün evlərdə sandıq üstün yığılan yüklərin olduğunu görərik. Bu yorğan-döşək, yük yığmaq ənənəsi illərlə təkrarlanmış və adət-ənənəyə çevrilmişdir. Bəzi ailələrdə bu adət bu gün də davam edir.
İradə Cəlil, Bizimyol.info






