Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Noyabrın 17-nə olan hava proqnozu
Noyabrın 17-nə olan hava proqnozu

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər və axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bizimyol.info xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu gecə 9-13, gündüz 15-18 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 80-85%, gündüz 60-70% təşkil edəcək.

Sabah Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 8-11, gündüz 16-19, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacaq.

Son xəbərlər
Bütün xəbərlər »