Çin və ABŞ-ın danışıqlar qrupu iki ölkə arasında mövcud olan əsas ticarət-iqtisadi mübahisələrin həlli üzrə əsaslı razılığa gəliblər.
Bizimyol.info xəbər verir ki, bununla bağlı Çin Xalq Respublikasının prezidenti Si Cinpinq Cənubi Koreyanın Pusan şəhərində ABŞ prezidenti Donald Trampla görüşdə açıqlama verib.
"Bizim iki ticarət-iqtisadi qrup əsas narahatlıqlarımıza səbəb olan problemlərin həlli üzrə əsaslı razılığa gəliblər və ümidverici irəliləyiş əldə ediblər", - deyə o bildirib.
Si Cinpinq qeyd edib ki, Çin və ABŞ bir-birinə uğur qazanmaq və ortaq rifah əldə etməkdə kömək edə bilərlər. "Bir çox illər ərzində dəfələrlə açıq şəkildə demişəm ki, Çin və ABŞ tərəfdaş və dost olmalıdırlar. Tarix bizə bunu öyrədib, və reallıq da bunu tələb edir", - deyə o qeyd edib.
Əvvəlcə ABŞ prezidenti Si Cinpinqlə görüşdə ticarət sahəsində daha ədalətli bir razılaşma əldə etməyi ümid etdiyini söyləmişdi. O, həmçinin, ABŞ-a qanunsuz fentanil idxalına qarşı mübarizə adı ilə Çindən idxal olunan məhsullara qoyulan əlavə rüsumların azaldılmasını planlaşdırdığını bildirmişdi.
Qadir, Bizimyol.info






