Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müxalifət Tiflisin mərkəzində etiraz aksiyası keçirir
Müxalifət Tiflisin mərkəzində etiraz aksiyası keçirir

Etirazçılar Tiflisin mərkəzi Rustaveli prospekti və Azadlıq meydanında nəqliyyatın hərəkətini tamamilə bağlayıblar.

Bizimyol.info xəbər verir ki, təşkilatçıların “hökumətin dinc yolla devrilməsi” və “bayraqların dinc inqilabı” adlandırdıqları etiraz aksiyası tələbələrin yürüşü ilə başlayıb.

Etirazın təşkilat komitəsinə ictimai xadim Paata Burçuladze, Milli Hərəkatın üzvü İrakli Nadiradze, keçmiş prokuror Murtaz Zodelava, Strategiya Aqmaşenebeli üzvü Paata Manjqaladze və polkovnik Laşa Beridze daxildir.

Aksiyada əsas çıxışların axşam saatlarında olacağı gözlənilir. Təşkilatçılar iddia edirlər ki, iştirakçılara gələcək fəaliyyətlərini əks etdirən bəyannamə təqdim olunacaq.

Bu gün səhər Gürcüstan Daxili İşlər Nazirliyi etirazçıları qanuna riayət etməyə və polisin qanuni əmrlərinə tabe olmağa çağırıb. "Hər bir qanun pozuntusuna görə polis müvafiq hüquqi tədbirlər görəcək", - deyə nazirliyin məlumatında deyilir.

İctimai təhlükəsizliyin və asayişin təmin edilməsi üçün Daxili İşlər Nazirliyinin müvafiq polis bölmələrinin əməkdaşları Tbilisi şəhərinin müxtəlif ərazilərində, o cümlədən Şəhər Şurasının binasında, səhnənin yaxınlığında və onun ətrafındakı ərazilərdə səfərbər edilib. Artıq məlumdur ki, aksiyaya paytaxt sakinlərindən başqa rayonlardan da etirazçılar qoşulacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »