Yeni Zelandiyada avtobusda gəzinti zamanı çamadanının içərisindən 2 yaşlı qız tapılan qadın həbs edilib.
Bizimyol.info xəbər verir ki, yerli medianın məlumatına görə, polis insidentin bir sərnişinin baqaj bölməsinə daxil olmaq istəməsindən sonra baş verdiyini bildirib.
Polisin verdiyi məlumata görə, avtobus sürücüsü çamadanın hərəkət etdiyini görüb və bu barədə səlahiyyətlilərə məlumat verib. Açıqlamada: “Sürücü çamadanı açanda içərisində 2 yaşlı qız uşağını görüb”, - deyə əlavə edilib.
Polisin verdiyi məlumata görə, uşaq tapıldığı zaman həddindən artıq istidən tərləmiş vəziyyətdə olub, lakin ciddi fiziki xəsarət aşkar edilmədiyi qeyd edilib.
Saxlanılan 27 yaşlı qadına qarşı "kobudluq və baxımsızlıq" maddəsi ilə cinayət işi açılacaq. Qadınla uşaq arasındakı yaxınlıq dərəcəsi açıqlanmayıb.
Qadir, Bizimyol.info






