Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp itlər üzərində təcrübələr aparılan eksperimental laboratoriyanı bağlayıb
Tramp itlər üzərində təcrübələr aparılan eksperimental laboratoriyanı bağlayıb

ABŞ-ın Milli Səhiyyə İnstitutu (NIH) uzun illər ərzində itlər – xüsusilə də biqlər üzərində qeyri-insani və bəzən ölümcül təcrübələrin aparıldığı iddia olunan son laboratoriyasını bağlayıb.

Bizimyol.info xəbər verir ki, son illərdə bu qurum heyvan haqları müdafiəçiləri, xüsusən də "White Coat Waste" (WCW) kimi təşkilatlar tərəfindən kəskin tənqid olunurdu. Onların iddiasına görə, laboratoriyada 2000-dən çox biqin ağciyərlərinə pnevmoniyaya səbəb olan bakteriyalar yeridilmiş, nəticədə həmin itlərdə septik şok inkişaf etmişdir.

“Sonra onlara 96 saat ərzində əzab çəkməyə imkan verilir, sağ qalanlar isə layihənin sonunda öldürülür”, – deyə "WCW"nin advokasiya və ictimai siyasət üzrə baş vitse-prezidenti Castin Qudman "DailyMail"ə bildirib.

Bazar günü "Fox News" kanalında çıxışı zamanı NIH direktoru Cey Bxattaxarya bildirib ki, agentlik NIH kampusunda aparılan bütün biqlərlə bağlı təcrübələrə son qoyub.

Qeyd edək ki, ABŞ-ın Milli Səhiyyə İnstitutunun biqlərlə apardığı təcrübələr 2021-ci ildən bəri mübahisə mövzusuna çevrilib. Həmin il "WCW" tərəfindən yayımlanan tənqidi hesabatlarda ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun (NIAID) heyvanlara qarşı qəddarlıq və israfçılıqla məşğul olduğu iddia edilirdi.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »