Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zooparkdakı fillər zəlzələ zamanı “təhlükəsizlik dairəsi” yaradıblar
Zooparkdakı fillər zəlzələ zamanı “təhlükəsizlik dairəsi” yaradıblar

Bu səhər Cənubi Kaliforniyada baş verən 5,2 bal gücündə zəlzələ zamanı San Dieqo Zooparkında yerləşən Safari Parkında maraqlı hadisə yaşanıb.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ndlula, Zuli, Mkhaya, Umngani və Khosi adlı fillər zəlzələnin təkanlarını hiss edən kimi təbii müdafiə instinktləri ilə hərəkət edərək "xəbərdarlıq çevrəsi" əmələ gətiriblər.

Park rəsmiləri izah ediblər ki, fillərin bu davranışı əcdadlarından miras qalan qədim qorunma üsuludur. Fillərin təhlükəsizlik dairəsi qurduğu anlar zooparkın təhlükəsizlik kameralarına düşüb.

Hayvanat bahçesindeki filler, deprem anında güvenlik çemberi oluşturdu

Təhlükə anında sürü üzvlərinin bir dairə təşkil etdiyi, gənc və müdafiəsiz fərdləri çvrənin ortasına aldıqları bu davranışın fillərin vəhşi təbiətdə sağ qalma strategiyalarının bir hissəsi olduğu bilinir.

Heyvan davranışı mütəxəssisləri, fillərin zəlzələ kimi təbii fəlakətlər zamanı belə bu instinktiv davranışı göstərməsinin növün təkamül uğurunu göstərdiyini ifadə edib.

Səlahiyyətlilər zəlzələ zamanı heç bir heyvanın zərər görmədiyini və bütün prosesin təhlükəsiz şəkildə keçdiyini açıqlayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »