Bazar ertəsi, martın 31-də İlon Maskın "SpaceX" şirkəti Yer orbitinə dörd şəxsi astronavtdan (turistlərdən) ibarət komanda göndərdi.
Bizimyol.info xəbər verir ki, onlar qütbdən qütbə qədər heç bir insanın uçmadığı bir trayektoriya boyunca uçublar.
"Fram2" adlanan "SpaceX" missiyası bitcoin mədən şirkətini quran Çin əsilli Maltalı investor Çun Vanq tərəfindən sponsorluq və komandanlıq edilib. Ekipajda daha üç nəfər də daxil edilib: norveçli kinorejissor Jannicke Mikkelsen, alman robototexnika tədqiqatçısı Rabea Rogge və avstraliyalı kəşfiyyatçı Erik Fillips.
Vanq və üç həmkarı saat 21:47-də "Crew Dragon" kapsulunda NASA-nın Floridadakı Kennedi adına Kosmik Mərkəzindən uçuş ediblər. Avtonom uçuş üç gündən beş günə qədər davam edəcək. Bu uçuş zamanı onlar 22 tədqiqat təcrübəsində iştirak edəcəklər.
Qadir, Bizimyol.info






