Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan tərəfinin təxribatçı cəhdlərinin qarşısı alınıb
Ermənistan tərəfinin təxribatçı cəhdlərinin qarşısı alınıb

Martın 30-u saat 21:25 radələrində Ermənistan silahlı qüvvələri pilotsuz uçuş aparatı və dronlar vasitəsilə Qerenzur yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri ilə üzbəüz istiqamətdəki Azərbaycan Ordusunun mövqeləri üzərində yenidən kəşfiyyat xarakterli uçuşlar həyata keçirməyə cəhd edib.

Bizimyol.info xəbər verir ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bölmələrimizin sayıqlığı nəticəsində Ermənistanın təxribatçı cəhdinin qarşısı alınıb.

Bundan başqa, martın 30-u saat 22:30-dan 31-i saat 04:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus, Basarkeçər və Çəmbərək rayonları istiqamətlərindən Azərbaycan Ordusunun mövqelərini bir neçə dəfə atıcı silahlardan fasilələrlə atəşə tutub.

Son xəbərlər
Bütün xəbərlər »