Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tanımadığınız şəxsin kartına səhvən göndərdiyiniz pulu qaytarmaq mümkündür - Hüquqşünas izah edir
Tanımadığınız şəxsin kartına səhvən göndərdiyiniz pulu qaytarmaq mümkündür - Hüquqşünas izah edir

Bəzən bir rəqəm səhvindən tanımadığımız insanların kartına pul göndəririk. Sonradan bu vəsaiti kimdən tələb edəcəyimizi belə bilmirik. Məbləğ çoxdursa, bu bizə daha çox təsir edir.

Səhvən başqa şəxsin kartına göndərilən pulu necə qaytarmaq olar?

Hüquqşünas Ramil Süleymanov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, vətəndaş səhvən pulu tanımadığı bir şəxsin hesabına göndərirsə, bu pulu göndərdiyi şəxsin əsassız varlanmasına səbəb olur.

Ramil Süleymanov / Foto: Bizimyol.info Ramil Süleymanov / Foto: Bizimyol.info

“Qanunvericiliklə vurulmuş zərər hesablanır və nəticədə pulu göndərən tərəfin səhvən göndərdiyi pulu göndərdiyi tərəfdən tələb etmək hüququ yaranır. Belə olan halda vətəndaş vəsaiti hansı bankım müştərisinə göndəribsə, birinci növbədə banka müraciət etməlidir. Müraciətində qeyd edir ki, filan sayılı kartın müştərisinə pul göndərilmişdir və həmin şəxsin məlumatları tələb olunmalıdır. Bank imtina verəcək və bu verdiyi imtina əsaslıdır. Çünki “Bank sirri haqqında” qanuna görə, vətəndaşın fərdi məlumatı hesab olunur və yalnız məhkəmələr tərəfindən verilmiş sorğu əsasında cavab təqdim oluna bilər. Ona görə də vətəndaş bundan çıxış edərək ya hüquq mühafizə orqanlarına, ya da polisə müraciət edə bilər. Polis tərəfindən müvafiq sorğu ilə vətəndaşın kimliyi müəyyən olunduqdan sonra izahatı alına bilər”-deyə Ramil Süleymanov qeyd edib.

“Digər halda, vətəndaş birbaşa məhkəməyə müraciət etməklə, ona dəymiş zərəri tələb edə bilər. Əgər pul göndərilmiş şəxs həmin pulu geri qaytarmaqdan imtina edərsə, artıq bununla bağlı çıxarılmış məhkəmə qərarı, yəni qanuni qüvvəsini almış məhkəmə qərarı əsasında icra məmuru tərəfindən, həmin pulun geri ödənilməsi təmin oluna bilər. Vətəndaş səhvən ona gəlmiş pulu geri qaytarmaq istəmədiyi halda və ya məhkəmə qərarı icra edilmədiyi təqdirdə, həmin şəxsin inzibati və cinayət məsuliyyəti yaranır”-deyə hüquqşünas bildirib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »