Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində insanlara yoluxa bilən yeni yarasa koronavirusu aşkar edilib
Çində insanlara yoluxa bilən yeni yarasa koronavirusu aşkar edilib

Çin alimləri "COVID-19"a səbəb olan "SARS-CoV-2" virusuna bənzər şəkildə insanlara yoluxa bilən yeni yarasa koronavirusu aşkar ediblər.Tədqiqata Yuhan Virusologiya İnstitutunda işləyən "yarasa qadın" kimi tanınan virusoloq Şi Zhengli rəhbərlik edib.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, "Cell" jurnalında dərc edilən araşdırmada Şi və komandası "HKU5" koronavirusu ilə əlaqəli yeni bir virus müəyyən etdiklərini açıqlayıb. Araşdırmaya görə, "HKU5-CoV-2" adlanan bu yeni virus "SARS-CoV-2" ilə eyni "ACE2" reseptorundan istifadə edərək insan hüceyrələrinə bağlana bilir.

Alimlər bu virusun heyvanlardan insanlara birbaşa və ya ara ev sahibləri vasitəsilə keçmə riskinin "yüksək" olduğunu bildirdilər.

Yuhan Virusologiya İnstitutu, Quançjou Laboratoriyası və Quançjou Elmlər Akademiyası tərəfindən aparılan araşdırmalar yarasalarda tapılan bu yeni virusun zoonoz riski daşıdığını ortaya qoyub.

"COVID-19"un mənşəyi ilə bağlı müzakirələr davam edərkən, Şi və bəzi elm adamları virusun təbii şəkildə yayıldığını iddia edirlər. Ancaq bu günə qədər bu nəzəriyyə üçün qəti dəlil tapılmayıb.

Digər tərəfdən, yeni kəşf edilən "HKU5-CoV-2" virusunun əvvəlki variantlara nisbətən insanlara uyğunlaşma potensialının daha yüksək olduğu bildirilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »