Hadisə ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Binəqədi Rayon Polis İdarəsinin rəisi polis polkovniki Namiq İsmayılov və “Azərsu” ASC-nin rəsmi şəxsləri əraziyə baxış keçirib. Lakin bu mövcud vəziyyəti dəyişmir.
Küçə sakinlərinin sözlərinə görə, boru partlamayıb yağış yağsa belə küçədə bu vəziyyət yaranır. Artıq dəfələrlə su basmış evlərin döşəmələri çürüyüb, evlərdəki əşyalar isə ziyan görüb. Qəsəbə sakinlərinin dediklərinə görə, dəflərlə müraciət edilsə də bu vəziyyətə çarə tapılmır. Əvvəllər küçənin baş tərəfində qoyulmuş nasos stansiyası söküldüyünə görə belə acınacaqlı vəziyyət yaranır.Evini su basmış Güldanə xanımın sözlərinə görə, evdə yataqdan qalxa bilməyən xəstəsi var. Azyaşlı uşaqlar təxliyə edilsə də infarkt keçirmiş həyat yoldaşını evdən çıxara bilməyiblər. Bu hal dəfələrlə təkrarlandığına görə sakinlər artıq yorulublar. Çünki küçədə kanalizasiya xətləri yarasız vəziyyətdədir.Güldanə xanım rayon İcra Hakimiyyətinə evinin dəfələrlə su basması nəticəsində yararsız hala düşməsi ilə bağlı şikayət etsə də, evinin hər bir sənədi qanunla düz olmasına baxmayaraq, ondan kadastr kağızının tələb olunduğunu, beləcə başdan edildiyini söyləyir.






İlhamə Rəsulova






