Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“WhatsApp” statuslarına da musiqi əlavə etmək mümkün olacaq
“WhatsApp” statuslarına da musiqi əlavə etmək mümkün olacaq

“WhatsApp”ın “2.24.22.11” kodu ilə Android beta versiyasında işlənmə mərhələsində olan yeni funksiyası istifadəçilərə statuslarına musiqi əlavə etməyə imkan verəcək.

Bizimyol.info “webtekno”ya istinadən xəbər verir ki, dünyanın ən məşhur ani mesajlaşma proqramı olan “WhatsApp”ın tamamilə yeni funksiya üzərində işlədiyi məlum olub. Tətbiqin "2.24.22.11" kodlu Android beta versiyasında inkişaf mərhələsində olduğu aşkarlanan yeni funksiya istifadəçilərə statuslarında musiqi paylaşmağa imkan verəcək.

“WhatsApp”ın üzərində işlədiyi yeni funksiya çox sadə iş məntiqinə sahib olacaq. Statuslar əlavə edərkən istifadəçilər seçdikləri foto və ya videolara musiqi əlavə edəcəklər. Bu funksiya foto və ya video seçildikdən sonra redaktə səhifəsində görünəcək.

“WhatsApp”ın üzərində işlədiyi yeni funksiya çox faydalı olacaq. Bu xüsusiyyət sayəsində istifadəçilər emosional vəziyyətlərini fərqli şəkildə əks etdirmək imkanı əldə edəcəklər. Bu arada; Seçilmiş musiqinin status səhifəsində göstəriləcəyi barədə məlumatı da paylaşaq. Yəni bu ekran “Instagram”da olduğu kimi foto və ya videoya əlavə olunan musiqi haqqında məlumat verəcək.

Hələlik “WhatsApp”ın yeni funksiyası haqqında çatdıra biləcəyimiz tək şey budur. Xüsusiyyətin nə vaxt istifadəyə veriləcəyi ilə bağlı heç bir açıqlama verilmədiyini də qeyd edək.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »