İtaliyalı sörfçü Giulia Manfrini İndoneziyanın Qərbi Sumatra sahillərində sörfinq edərkən qılınc balığının sinəsinə çırpılması nəticəsində dünyasını dəyişib.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, 36 yaşlı Manfrini bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb.
İtalyan sörfçü və influencer Giulia Manfrini İndoneziyanın Sumatra sahillərində məşhur sörfinq yeri olan Masokut adasında baş verən faciəvi hadisə nəticəsində ölüb.
Qılınc balığının qəfildən sudan tullanaraq onun sinəsinə batıb, nəticəsində 36 yaşlı Manfrini ağır yaralanıb.
Qəzanın şahidi olan iki sörfçü tez bir zamanda ilk yardım göstərərək Manfrini yaxınlıqdakı tibb mərkəzinə aparıb, lakin bütün cəhdlərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Tibbi rəylərdə onun döş qəfəsində 5 santimetr dərinlikdə yara aldığını və sörfçüdə boğulma əlamətləri olduğu bildirilib.
Qadir, Bizimyol.info






