Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölkənin və regionun ən böyük avtomobil satış mərkəzi «Baku Auto Mall» və avtomobil udmaq şansı
Ölkənin və regionun ən böyük avtomobil satış mərkəzi «Baku Auto Mall» və avtomobil udmaq şansı

Sizcə, təzə avtomobil axtaran şəxs hara müraciət edir? İnternet satış platformalarına, rəsmi və qeyri-rəsmi salonlara, maşın bazarına…

Araşdırmalar göstərir ki, alıcıların əksəriyyəti avtomobili «canlı» görmək, sükan arxasına əyləşmək, rəng və komplektasiya seçmək, test yürüşü həyata keçirmək, eyni qiymət seqmentində təklif olunan digər istehsalçıların modelləri ilə müqayisə etmək istəyir. Bu baxımdan rəsmi diler mərkəzlərinin bir-birindən uzaq məsafədə yerləşməsi və yollarda hökm sürən «tıxaclar» bəzən avtomobil seçimini aylarla davam edən əsəbi prosesə çevirir. Bu problemi həll etmək məqsədilə Bakıda gerçəkləşdirilmiş ekstraordinar bir layihə barədə məlumat vermək istəyirik.

Babək prospektində yenicə ucaldılmış yeddi mərtəbəli «Baku Auto Mall»da dünya şöhrətli avtomobil brendlərinin rəsmi nümayəndəlikləri fəaliyyətə başlamışdır. Ölkəmizin və regionun ən böyük avtomobil satış mərkəzində Almaniya, Amerika, Yaponiya, Koreya, İngiltərə, İtaliya, Fransa, Çin istehsalından bütün növ yeni avtomobillər özünəməxsus formatda müştərilərə təqdim olunur.

«Baku Auto Mall»a geniş alıcı kütləsi cəlb etmək üçün müxtəlif avtomobil sərgiləri və festivalları, yeni modellərin təqdimatları, test-drayvları və avtomobil udmaq şansı verəcək lotereyalar həyata keçirilir. Müştərilərin rahatlığı üçün parklanma, avtomobillərin satış öncəsi servisi, avtoyuma-cilalama, tüninq və s. xidmətlər də təklif olunur. Tezliklə burada bank nümayəndəlikləri, kredit təşkilatları, sığorta şirkətləri, «rent a car» və s. qurumlar fəaliyyətə başlayacaq. Bundan əlavə; kafe və restoranlar, böyüklər üçün müxtəlif avtoidman, o cümlədən Formula-1 simulyatorları və digər oyun zonaları, uşaqlar üçün əyləncə guşəsi də təşkil olunacaq ki, bütün bunlar «Baku Auto Mall»da avtomobil seçimi prosesini buraya gəlmiş ailələr üçün əsl bayrama çevirəcək.

«Baku Auto Mall»un direktoru və Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının sədri Natiq Zərbəliyev layihənin mahiyyəti barədə danışıb: "Yeni avtomobil axtarışında olan müştəriləri bir ünvanda qarşılayaraq, istəklərinə və büdcələrinə görə geniş seçim təklif etmək, avtomobilin satınalma və rəsmiləşdirmə prosesini son dərəcə asanlaşdırmaq, avtomobil satışı xidmətlərində ən innovativ texnologiyalardan istifadə edərək, Azərbaycanda sivil avtomobil bazarının simvoluna çevrilmək, «Baku Auto Mall»da təmsil olunmuş rəsmi diler və distribyutorların satış göstəricilərinin dinamik artımına nail olmaq və ölkə avtomobil sektorunun davamlı inkişafına tövhə vermək, qarşımıza qoyduğumuz əsas məqsədlərdir. «Baku Auto Mall» təkcə ölkə miqyasında deyil, qlobal miqyasda da unikal layihədir. Mərkəzin test rejimində işləməsinə baxmayaraq, tez-tez xaricdən gəlmiş qonaqları qarşılamalı və çoxsaylı sualları cavablandırmalı oluruq.

Yeri gəlmişkən, tezliklə mərkəzin rəsmi açılış mərasimi baş tutacaq. Açılışdan bir həftə sonra «Baku Auto Mall»un Instagram səhifəsinin izləyiciləri arasında onlayn rejimdə avtomobil uduşu baş tutacaq. Xatırladım ki, bu müsabiqə «Baku Auto Mall» və məşhur idmançı-bloqer Emin Çaqayevin birgə layihəsidir. Uduşda iştirak etmək üçün hələ vaxt var, şərtlərimizlə «baku.automall» və ya «chagaev4x20» Instagram səhifələrində tanış ola bilərsiniz. Hamıya uğurlar arzu edirik".

Son xəbərlər
Bütün xəbərlər »