Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dələduzları ifşa edən jurnalist həbs edilib
Dələduzları ifşa edən jurnalist həbs edilib

Kiber dləduzları ifşa edən jurnalist Mech Dara həbs olunub və o, sosial sülhü pozmaqda ittiham edilib. Məhkəmə iki ilə qədər həbs cəzası gözlənilən jurnalistin sosial şəbəkədəki paylaşımlarına görə ittiham edildiyini bildirib.

Bizimyol.info xəbər verir ki, Kambocanın kiber dələduzluq və insan alveri problemləri ilə bağlı mühüm xəbərlər verən mükafatlı jurnalist Mech Dara ictimai asayişi pozmaq və ictimaiyyəti təxribat törətmək ittihamı ilə həbs edilib.

Məhkəmə sözçüsü bildirib ki, BBC-yə reportaj verən, iki ilə qədər həbs cəzası gözlənilən Dara beş sosial media paylaşımına görə ittiham edilib.

Məhkəmə öz bəyanatında bildirib ki, "Facebook" paylaşımlarında "saxta" olduğu bildirilən "turistik məkanın redaktə edilmiş şəkilləri" göstərilib. Keçən il ABŞ dövlət katibi Entoni Blinken onu Kambocada yerləşən onlayn dələduz əməliyyatlarını ifşa edən işinə görə təltif edib.

Hüquq təşkilatları Daranın həbsinə reaksiya vrib, ABŞ-ın Kambocadakı səfirliyi isə bu xəbərdən "dərin narahat olduğunu" bildirib. Dara Kambocanın cənub-qərbində, Koh Konq və Sihanouk əyaləti sərhəddində avtomobil yolu ödəniş məntəqəsində saxlanıldıqdan sonra həbs edilib.

Daranın olduğu avtomobildə olan qohumu bildirib ki, onlar ödəniş məntəqəsindən keçmək üçün gözləyən zaman onlara hərbi polis maşını və daha 5 maşın yaxınlaşıb. Daranı saxlayanda kiminsə "onu tutduq" dediyini eşitdiyini qeyd edən qohumu Daranın apararkən onun ailəsinə narahat olmamağı çatdırmağı tapşrdıqlarını bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »