Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qorxu, qeyri-müəyyənlik hissi... Növbəti Günəş tutulması zamanı həssas insanlar diqqətli olmalıdır
Qorxu, qeyri-müəyyənlik hissi... Növbəti Günəş tutulması zamanı həssas insanlar diqqətli olmalıdır

Oktyabrın 2-də ikinci günəş tutulması baş verəcək. Bu tutulma halqavari Günəş tutulmasıdır. Günəş tutulması oktyabrın 2-də Bakı vaxtı ilə saat 19:42:47-də başlayacaq və 3 oktyabr saat 01:46:47-də sona çatacaq. Tutulma 6 saat 4 dəqiqə davam edəcək. Tam tutulma  oktyabrın 2-si saat 20:50:24-də başlayıb, oktyabrın 3-ü saat 00:39:04-də başa çatacaq. Bu proses 3 saat 48 dəqiqə 40 saniyə davam edəcək. Günəş tutulmaları bütün elmlər üçün çox köhnə mövzudur, astronomiya, kosmos və s. ilə bağlıdır. Mütəxəssislərin fikrincə, günəş tutulmasının yerüzünə heç bir mənfi təsiri yoxdur.

İnsanların sağlamlığına gəldikdə, hipertansif xəstələrin daha pis hiss etməsi müşahidə edilə bilər. Gözə zərər verməmək üçün xüsusi vasitələr olmadan tutulmanı müşahidə etmək mümkün deyil. Tutulma tamamilə adi bir hadisədir və təxminən iki ildə bir dəfə baş verir. Günəş tutulması ani işıq itkisinə reaksiya verə bilən balanssız insanlara təsir edə bilər. Belə insanlarda qorxu və qeyri-müəyyənlik hissi yarana bilər. Məsələn, heyvanlar aləmi günəş işığının qəfil yox olmasına dəqiq reaksiya verir. Ancaq bu, sağlamlığa xüsusi təsir etməyəcək.

Ümumiyyətlə, günəş tutulması günəş tacının xarici təbəqələrini öyrənməyə imkan verir. Parlaq günəş işığı Ay tərəfindən bloklanır və xarici təbəqələrin parıltısı aydın görünür. Günəş tacı günəş aktivliyindən asılı olan qəribə bir formaya malikdir.

Mütəxəssislərin fikrincə, utulmalar meydana gəldiyi tarixdən 1,5 ay əvvəl özünü təsirli şəkildə hiss etdirməyə başlayır və bu təsirlər sonrakı 1,5 ay ərzində də davam edir. Buna görə də tutulmanın ümumi təsiri təxminən 6 ay davam edir. Bu dövr ani dəyişikliklərlə sürətli və gərgin bir dövrü əhatə edir. Bu, özümüzü daha yaxşı tanımağa və özümüzə sual verməyə imkan verir, həyatımıza yeniliklər gətirir və ya dəyişməli olduqlarımıza istiqamət verir. Bu, istefalar, narahatlıq, gərginlik, fikir ayrılıqları və imic itkisi kimi vəziyyətlərə səbəb ola bilər.

Günəş tutulması şəfa və yenilənmə prosesini də özündə ehtiva edir. Yaralarımıza və ya ağrılarımıza yeni üsullarla qalib gələ bilərik.

Məsələn; sosial media və internetdən istifadə edərək xəstəliklərin müalicəsində daha təsirli və dəqiq həll yolları tapa bilərik. Bu dövrlərdə hisslərimizə və daxili səsimizə etibar edə bilərik. Başqalarının hiss və düşüncələrinə həssas olduğumuz üçün tez qərarlar verməməliyik. Təbii ki, bu arada ağzımızdan çıxan hər sözü düzgün seçməliyik. Duyğularda qeyri-müəyyənliklər, mürəkkəb əhval-ruhiyyə, dalğınlıq və hətta aldanma riski yarana bilər. Həddindən artıq özünə inam və müəyyən vəziyyətlərə məhəl qoymamaq bizi yanlış hərəkət etməyə sövq edə bilər. Dəyişən əlamətlərin təsiri altında olan bu ikitərəfli tutulma bizi hansı istiqamətə gedəcəyimizi qərarsız qoya bilər.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »