Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Zellandiyadan qutuda gələn yağları qutularından çıxarıb, tərkibinə əlavə yağlar qatırlar" - Ekspert rəyi
"Zellandiyadan qutuda gələn yağları qutularından çıxarıb, tərkibinə əlavə yağlar qatırlar" - Ekspert rəyi

Mağazalarda kiloqramı 30 manata qədər olan kərəyağları satılır. Əsasən, Zellandiyadan gələn bu qida məhsullarının tərkibi isə bir çoxlarına qaranlıq qalır. Məsələn, yerli fermerlərin öz məhsulu olan və təmizliyinə qaranti verilən xalis kənd məhsulu kərəyağlarının maksimum bazar qiyməti 18 manatdan yuxarı olmur. Ortalama qiymət 18 manatdır.

Belə olduğu təqdirdə, xaricdən gətirilən və kiloqramı 30 manata satılan Zellandiya yağlarını yerli məhsullarımızdan fərqləndirən nədir? Bu məhsulların tərkibi 100 faiz kərəyağıdır, yoxsa əlavə zərərli qatqılardan istifadə olunurmu?

Xaricdən gətirilən kərəyağının tərkibi, onun Azərbaycanda nə üçün ayrıca və yenidən qablaşdırılmasının səbəbləri və gömrük rüsumu kimi bir çox detallar barədə kənd təsərrüfatı mütəxəssisi Akif Nəzirli Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.

"Məsələ bundan ibarətdir ki, 24 manata satılan yağın da, 3 manata satılan yağın da, 6-10 manata kərə yağı adı altında satılan yağın tərkibində ya trans yağ var, ya palma yağı, ya da marqarin yağı var. 6-7-8-10-15 manata satılanlarda tərkib çoxluğu ya marqarindir, ya trans yağdır, ya da ki, palma yağıdır. Sadəcə olaraq, onu kərəyağı halına gətirib, o şəkildə satırlar. Məsələn, tutaq ki, 10 manata satılanın yağın tərkib hissəsinin yarısı kərəyağıdır, 18 manata satılanın 60%-i kərəyağıdır. 24 manata satılanın 80%-i kərəyağıdır, qalanları da yenə həmin o sadaladığımız palma çəyirdəyindən alınan yağlardır. Bahalaşan yağ məhsullarının tərkibində palma yağı azdır. Amma onlarda da var. Çünki Azərbaycana gətirilən kərəyağlarının bir qismi demək olar ki, ölkəmizdə yenidən qablaşdırılır. Sual olunur: 20 kq yağı Zellandiyadan qutuda alıb, gətirərək Azərbaycanda onu yenidən nəyə görə qablaşdırırlar? Bu, çox maraqlı sualdır. Mənim buna cavabım ondan ibarətdir ki, onlar həmin yağları Azərbaycanda bir qədər əridirlər, yumşaldırlar və bundan sonra onun tərkibinə palma yağı vururlar. Qatılan əlavə yağların miqdarı da artıq onların vicdanına qalıb. Sonra da əlavə yağ qatdıqları həmin məhsulları satışa çıxarırlar. Daha çox mənfəət əldə etməkdən ötrü bu cür işlərə gedirlər. Yəni 24 manata satılan yağın tərkibində də palma və ya marqarin yağı mövcuddur. Halbuki, Zellandiyadan gələn yağın gömrük qiyməti 9 manatdır. 9 manatın 3-4 manatı da gömrükdən sonrakı proseslərin əlavə dəyərini təşkil edir. Beləliklə, qiymət 13-14 manata gəlib çıxır. Ancaq mağazalarda həmin məhsulu 24 manata satırlar. Beləliklə, bir kq yağdan 10 manat mənfəət əldə edirlər. 10 manat mənfəət əldə etdikləri o yağı heç olmasa, təmiz şəkildə vitrinlərə çıxarsınlar. Amma bunu etmirlər. Əlavə 2 faiz də palma və marqarin yağı qatırlar ki, onların mənfəəti 10 yox, 12-13-15 manat olsun" - deyə, mütəxəssis əlavə edib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »