Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da qidadan “Listeria” bakteriyasına yoluxan 9 nəfər zəhərlənərək ölüb
ABŞ-da qidadan “Listeria” bakteriyasına yoluxan 9 nəfər zəhərlənərək ölüb

ABŞ-da tədarükçünün şirniyyat məhsulundan “Listeria” bakteriyasına yoluxan 9 nəfər zəhərlənərək dünyasını dəyişib.

Bizimyol.info xəbər verir ki, CNN-in məlumatına görə, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) rəsmi saytında verilən açıqlamada, ABŞ-ın “Boar's Head” şirkətinin şirniyyat məhsullarından istifadə edən 57-dən çox adamın xəstəxanaya yerləşdirildiyi bildirilib.

Bildirilib ki, may ayından bəri “Boar's Head” şirkətinin dilimlənmiş şirniyyat məhsulları yeyən 9 nəfər “Listeria” bakteriyası ilə çirklənərək qida zəhərlənməsindən dünyasını dəyişib.

Xəstəliklərin sayının indiyə qədər bildirilənlərdən daha çox ola biləcəyini açıqlayan CDC, bunun 2011-ci ildən bəri ABŞ-da ən böyük “Listeria” epidemiyası olduğunu vurğulayıb. ABŞ-ın Merilend ştatında səhiyyə orqanları tərəfindən aparılan müayinədə “Boar's Head” şirkətinin istehsal etdiyi şirniyyat məhsulunda “Listeria” bakteriyası aşkar edilib.

Şirkət 3 milyon kiloqramdan çox delikates məhsulunu bakteriya riskinə görə geri çağırıb. Şirkətdən verilən açıqlamada geri çağırılan məhsulların hamısının supermarket rəflərindən toplandığı bildirilib.

“Listeria” bakteriyası yüksək hərarət, qusma və ishal kimi simptomlara səbəb olur. Yaşlılar, hamilə qadınlar, körpələr, QİÇS və zəif immun sistemi olan diabet xəstələri bakteriyalardan daha çox əziyyət çəkir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »