Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Afrika Birliyi xəbərdarlıq etdi: "Meymun çiçəyi bütün dünya üçün problemdir"
Afrika Birliyi xəbərdarlıq etdi: "Meymun çiçəyi bütün dünya üçün problemdir"

Afrika İttifaqının Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin baş direktoru Kaseya bəyan edib ki, "Mpoks" (meymun çiçəyi) epidemiyası təkcə Afrika üçün deyil, bütün dünya üçün problemdir.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Afrika Birliyinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (Africa CDC) baş direktoru Jean Kaseya mətbuat konfransında "meymun çiçəyi" epidemiyası ilə bağlı son vəziyyət barədə danışıb.

"Mpoks" epidemiyasının yalnız Afrikada bir sağlamlıq problemi olaraq görülməsinin məqsədəuyğun olmayacağını bildirən Kaseya, 26 avqust ayına qədər Afrika Birliyinə (AfB) üzv olan 13 ölkədə cəmi 22 min 863 hadisənin və 622 ölüm halının təsbit edildiyi məlumatını paylaşıb.

Kaseya deyib ki, "Mpoks" ilk növbədə Afrikada, həm də qlobal olaraq böyük bir sağlamlıq problemidir. AfB-nin epidemiya ilə mübarizəyə davam etdiyini bildirən Kaseya, Mərkəzi Afrikanın epidemiyadan ən çox təsirlənən bölgə olmağa davam etdiyini də əlavə etdi.

"Mpoks" virusu siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən ötürülür. Virusun törətdiyi bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, çarşaf, dəsmal və bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq infeksiyanın ən mühüm səbəblərindəndir.

İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus ümumiyyətlə yüksək hərarət, baş ağrısı, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşümə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur.

Spesifik müalicə üsulu olmayan xəstəlik antiviral dərmanlarla müalicə olunur. Əksər hallarda xəstəlik yüngül keçir və bir neçə həftə ərzində sağalır.

ÜST 2022-ci ildə irqçilik və ayrı-seçkiliklə bağlı narahatlıqlara görə "meymun çiçəyi" adını "mpoks" olaraq dəyişdirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »