Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Borrell tərəfləri uşaqların peyvən edilməsi üçün Qəzzada üç günlük atəşkəsə çağırıb
Borrell tərəfləri uşaqların peyvən edilməsi üçün Qəzzada üç günlük atəşkəsə çağırıb

Aİ diplomatiyasının rəhbəri Josep Borrell uşaqların poliomielit əleyhinə peyvənd edilməsinə icazə vermək üçün Qəzza zolağında üç gün ərzində tərəfləri təcili atəşkəsə çağırıb.

Bizimyol.info xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkə hesabında yazıb.

“Poliomielit xəstəliyinin sürətlə yayılması Qəzzada artıq yerdəyişmə, qidalanma və hər cür məhrumiyyətlə zəifləmiş uşaqları təhdid edir. Daha geniş danışıqlardan asılı olmayaraq, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və UNICEF tərəfindən peyvəndlərə icazə vermək üçün tərəfləri Qəzza zolağında dərhal üç günlük atəşkəsə çağırıram”, - deyə Borrell bildirib.

Avqustun 16-da Fələstin Səhiyyə Nazirliyi Qəzza zolağının mərkəzində 10 aylıq körpədə ilk təsdiqlənmiş poliomielit hadisəsinin qeydə alındığını açıqlayıb. Bir neçə saat əvvəl ÜST və UNICEF birgə bəyanatda avqustun sonu və sentyabr aylarında Qəzzada poliomielit əleyhinə peyvənd kampaniyası elan ediblər.

BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik avqustun 27-də bildirib ki, BMT Qəzza zolağında peyvəndlərin aparılacağı 11 tibb mərkəzini işə salmağa hazırlaşır. Onun hesablamalarına görə, 10 yaşa qədər olan 640 mindən çox uşaq peyvənd olunacağı gözlənilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »