Yat tətili bitmək üzrədir. Amma bir çox valideynlər yay tətilində məktəbəqədər yaşlı uşaqlara tapşırıqların verilməsindən narazılıq edirlər. Bəzi valideynlər hesab edir ki, tətildə tapşırıq etmək uşağı daha aqressiv edir.
Psixoloq Rafiq Allahverdiyev Bizimyol.info xəbər portalınaaçıqlamasında bildirib ki, məktəbəqədər yaş dövr uşaqlarda adətən 2, 4 və maksimum 5 yaşa qədər olan dövrü əhatə edir. Həmin o dövr uşaqlarla 1-ci sinifə gedən 6 yaşa qədər olan uşaqların yay tətillərində hansısa bir tədris vəsaiti ilə bağlı tapşırıqların verilməsi, oxudulması, öyrədilməsi düzgün deyil. Sadəcə olaraq nağıl tipli hekayə tipli, oyun xarakterli bir süjetlə oynaya bilərlər və yaxud uşaqlar öz yaşıdları arasında hansısa inkişaf etdirici bir proqrama söykənən oyunlar oynaya bilərlər. Amma verilmiş tapşırığı oxumaq öyrədilməsi, oxudulması, yəni uşağın dərsə məcbur edilməsi qətiyyən doğru deyil.
Psixoloq Rafiq AllahverdiyevPsixoloq deyir ki, bəzən valideynlər və eləcə də məktəblərimizdə qismən təcrübəsiz müəllimlərimiz uşaqlara bu tapşırıqları verirlər ki, “yayda bunu öyrənin, yazın, oxuyun”... Onun sözlərinə görə, məktəbəqədər yaş dövrü üçün uşaqların inkişafında, əqli fəaliyyətinin inkişafında həddindən artıq travma, aqressiv bir davranış və sinir gərginliyi yaradır.
“Yuxu sisteminin, iştahanın pozulmasına gətirib çıxarır və boy artımını dayandırır. Belə bir tapşırıqlar uşağın əqli, fizioloji, fiziki, hormonal və uroloji probleminin təməlini qoyur. İndi baxın, məktəbəqədər yaş dövründə olan uşaqlar 2-6 yaş arasını əhatə edir. Həmin o yaş dövrlərində fizioloji olaraq, hormonal quruluşun əmələ gəldiyi dövrdür. İki beyin yarım kürəcəyi arasında hipofiz vəzin aktivləşdiyi dövrə təsadüf edir. Ən güclü dövrüdür. Bu dövrdə hipofiz vəzi aktivləşir. Bu da dərk etmək bacarığının formalaşması deməkdir. Dərk etmək anlayışı əmələ gəlir. Bu dövr uşaqlarda nəyisə öyrənmək, yadda saxlamaq, araşdırmaq hansısa bir oyuncağı sökmək və içinə baxmaq, ona aid suallar vermək dövrüdür. Bu dövr öyrənmək dövrüdür. Uşaqlar bu yaşda aktivləşir, suallar verir. Amma bu hipofiz vəzinin aktivləşməsi onun bütün informasiyalarla yükləmək şansını vermir. Yəni biz onu yükləməliyik, oxuyur, öyrənir, çox sual verir,axşama qədər sual verir, onu yükləməyimiz düzgün deyil.
Həmin dövr uşaqlar istənilən informasiyanı mənimsəyə bilirlər. Amma bu mənimsəmə öz həddində olmalıdır. Uşaqlar informasiyanı mənimsəyir deyə biz onları daha da yükləməklə, uşaqlarda iki beyin yarım kürəcəyi arasında hipofiz vəzinin qüsurlu inkişafına səbəb olur. Biz inkişafı ləngidirik, qüsurlu inkişafa təhrik edirik. Bu səbəbdən də, həmin uşaqlarda ilkin hormonal pozuntu əmələ gəlir”-deyə Rafiq Allahverdiyev bildiirb.
Psixoloq qeyd edib ki, 2-4 yaş psixoloji tərəfdən ən sərt, krizis dövrüdür. Həmin dövr uşaqları korreksiya etmək mümkün olmur. Çünki həmin yaş dövr uşaqlarda “istəmirəm, oturmuram, yemirəm, etmirəm” və s. belə hallar üstünlük təşkil etdiyinə görə, o uşaqlarda “mənlik şüuru” yaranır.
“Həmin dövrdə uşaqlara cəza vermək, hökm etmək olmaz. Bu da uşaqlarda neqativ travma yaradır. Bu dövrdə uşaqlara tədris tapşırıqları verilən zaman nizam-intizam, hüsnxətt qaydaları və tabe olmağa əsaslanmalıdır. Yəni "belə yazmalısan, düz oxumalısan, əzbərləməlisən, səhv edə bilməzsən". Bu halları uşaqlar mənimsəməyəndə, öyrənə bilməyəndə valideyn və digər şəxslər istər-istəməz onu tənbeh edir ki, “sən düz oxumadın, bax, o biri yaxşı oxudu, sən oxumadın”. Bu cür tənbeh etmək uşaqların psixologiyasında onlara cəza vermək və hökm etmək psixologiyasına çevrilir. Hökm etmək; “yox, oxumalısan”, “düz oxumadın” kimi ifadələrlə cəza verməyə oxşayır. “Sən düz oxumadın, bir də oxu, fərsizsən, yaramazsan” kimi ifadələrlə həmin dövr uşaqlarda travmaya çevrilir. Bu da istər-istəməz illər sonra mütləq özünü göstərəcək, travma əmələ gətirəcək. Bu səbəbdən də, həmin dövr uşaqlarda onikofaqiya (dırnaq yemə) təməli qoyulur. Onlar bu övrdə dırnaqlarını yeməyə başlayırlar. Çünki neqativ tabe olmağa, cəzalandırmağa meylli olmurlar, bu zaman neqativ travmalar meydana gəlir. Həmin dövrdə uşaqlara kömək etmək onları sakitləşdirir”-deyən psixoloq hesab edir ki, bu dövrdə uşaqlar hər şeylə özləri maraqlanmalıdır. Suallar verməli, oynamalı, yıxılmalı-durmalı, əylənməlidirlər. Həmin dövr uşaqlara yay tətilində tapşırıqlar vermək, tapşırığı icra etməyə “məcbursan, borclusan, etməlisən” demək və edə bilmədikdə cəzalandırmaq, küsmək, incimək, yenidən təhrik etmək qəti olaraq, uşaqların fizioloji, psixoloji, cinsi inkişafını məhv edir. Onların inkişafını travmaya yönəldir.
Bu səbəbdən də, uşaqlara həmin yaş dövrü 2-4, ən pis halda 6 yaşa qədər uşaqlara yay tətilində ağır tədris vəasitləri vermək, oxutmaq, əyləndirmək qəti doğru deyil. Sadəcə olaraq, uşaqların davranışında, əxlaqında, tərbiyəsində müsbət rol oynayan idrak proseslərini artıran oyunlara cəlb eləmək lazımdır. Uşaq oyunlarda uduza da bilər, uda da bilər. Uduzsalar da ona kömək etmək lazımdır, udsa da, kömək etmək lazımdır.
İradə Cəlil, Bizimyol.info






