Argentina hakimiyyət orqanları Parana çayında yük gəmisini göyərtəsində meymun çiçəyi (Mpoks) virusunun olması şübhəsi ilə karantinə alıb.
Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, Qlobal səhiyyə orqanları virusun yeni, daha sürətli yayılan variantına qarşı sayıqlıq nümayiş etdirir.
Argentinanın Rosario limanı yaxınlığında lövbər salmış gəmidən səlahiyyətlilərə: “Hindistan vətəndaşı olan ekipaj üzvünün döş qəfəsində və üzündə dəri üzərində səplilər aşkar edilib”, - deyə məlumatçatdırılıb.
Argentina Səhiyyə Nazirliyindən verilən açıqlamada, bu şəxsin digər ekipaj üzvlərindən təcrid edildiyi və ictimai səhiyyə fövqəladə hal protokolunun işə salındığı bildirilib. San Lorenso limanına getmək üzrə olan gəmi Santa Fe əyalətindəki Parana çayında lövbər salmalı olub.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ötən həftə meymun çiçəyi virusunu son iki ildə ikinci dəfə qlobal sağlamlıq təhlükəsi elan edib.
Afrikada sürətlə yayılan yeni variantın aşkarlanmasından sonra İsveçdə "clade 1b" variantı kimi tanınan virusun ilk dəfə Afrikadan kənar bir ölkədə görüldüyü bildirildi. Argentinada əvvəllər səkkiz "mpoks" hadisəsi qeydə alınmışdı, lakin onların heç biri "clade 1b" variantına aid deyildi. Liberiya bayrağı altında üzən karantinə alınan gəmi Braziliyanın Santos şəhərindən yola düşmüş və Argentinada bir yük soya götürmək üzrə idi.
Səhiyyə Nazirliyi və Argentina Dəniz Birliyi tərəfindən edilən açıqlamaya görə, gəmiyə yalnız tibb işçiləri daxil ola biləcək və sınaq nəticələri alınana qədər bütün heyət karantində saxlanılacaq.
"Mpoks" irinli səpkilərə və qripə bənzər simptomlara səbəb olan viral infeksiyadır. Adətən yüngül olsa da, ölümcül ola bilər. "Clade 1b" variantı narahatlıq doğurur, çünki onun müntəzəm yaxın təmas vasitəsilə daha asan yayılacağı düşünülür.
ÜST məlumatlarına görə, bu il Amerika qitəsinin 13 ölkəsində digər "mpoks" variantları ilə bağlı hallar qeydə alınıb.
Qadir, Bizimyol.info






