Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Elmi nəticə olmadan erkən ölüm hallarını koronavirusa bağlamaq doğru deyil"
"Elmi nəticə olmadan erkən ölüm hallarını koronavirusa bağlamaq doğru deyil"

Son zamanlar artan xəstəlikləri və erkən ölüm hallarını demək olar ki, hamı keçirdiyimiz koronavirus və ona qarşı tətbiq olunan peyvəndlə əlaqələndirir. Xalq arasında müxtəlif şaiyələr də gəzir. Deyirlər ki, güya qan aldıranda peyvəndin effekti azalırmış. Biri gənc yaşda ürək çatışmazlığından vəfat edəndə, bu vəziyyəti peyvəndlə əlaqələndirilir. Bəs bu əlaqənin mövcudluğu nə dərəcədə mümkündür?

Tibbi məsələlər üzrə ekspert Adil Qeybulla Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu məlumatlar tam dəqiq deyil. Yəni ürək-damar xəstəliklərinin koronavirus vaksini ilə əlaqələndirilməsi şaiyədir. Bu, sanki xeyli insan tərəfindən qəbul edilib.

Adil Qeybulla Adil Qeybulla

Ekspertin fikrincə, əslində koronavirusun  orqanizmə vurduğu zərər daha çoxdur.

“Vaksinasiya da təsirsiz ötüşmür, amma vaksinasiyanın təsiri hər halda orqanizmi koronavirusdan qorumaq idi. Bu səbəbdən də bu təsəvvürün yanlış olduğunu hesab etmək olar. Amma koronavirusun arterial damarları zədələmək və burada tromblaşma ehtimalının artırması, xüsusilə qaraciyər xəstəliklərinin inkişaf etməsi faktları, sübuta yetirilib”-deyən ekspert bildirib ki, hal-hazırda dünyanın aparıcı mərkəzləri bununla bağlı çox ciddi araşdırmalar aparır və koronavirusdan dünyasını dəyişmiş insanların toxuma nümunələri dəqiq tədqiq edilir.

Adil Qeybullanın fikrincə, yəqin ki, yaxın vaxtlarda ilkin nəticələr açıqlanacaq. Bundan sonra koronavirusun orqanizmə vurduğu zərərləri görə biləcəyik.

“Bu cür şaiyələrə çox da inanmaq yox, əksinə aparıcı elmi mərkəzlərin üzərində çalışdığı elmi tədqiqatların nəticələrinə diqqət etmək lazımdır”-deyə ekspert vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »