Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əsmərin, qumralın sadəcə adı qalıb... "Qadınlar yaraşıb-yaraşmadığına baxmadan saçlarını sarıya boyadırlar"
Əsmərin, qumralın sadəcə adı qalıb... "Qadınlar yaraşıb-yaraşmadığına baxmadan saçlarını sarıya boyadırlar"

Son zamanlar qadınların çoxu demək olar ki, açıq rəngli saçlara üstünlük verir. Əsmərin, qumralın sadəcə adı qalıb, hamı sarışın olmağa çalışır. Bu səbəbdən də, saçları tünd olan xanımlar belə gözəllik salonlarında saçlarının qara rəngdən çıxması üçün əlindən gələni edirlər. Hətta bəzi sosial şəbəkələrdə özlərini saç ustası kimi təqdim edən insanlar var ki, yüksək qiymətə qara saçların yandırılmadan açılması prosesini də həyata keçirdiklərini dilə gətirirlər.

  • Bəs həqiqətən qara saçları yandırmadan, saçlara zərər vermədən onların rəngini açmaq mümkündürmü?

Saç ustası Arzu Əliyeva Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, qara saçları açmaq mümkündür. Ancaq onları bir dəfəyə deyil ki, bir neçə prosedura açmaq mümkündür. Bunun üçün isə, 3 ay gözləmək mümkündür. Saçların rəngini hissə-hissə və bir neçə səviyyə açaraq, 3 aydan sonra sarışın rəng əldə etmək mümkündür.

saç ustası Arzu Əliyeva saç ustası Arzu Əliyeva

“Qara saçların rəngini bir dəfəyə açmaq mümkün deyil. Əks təqdirdə saçlar kökündən yana bilər. Yanmış saçlara da müxtəlif bərpa edicilər istifadə edərək, 4-5 aya tam bərpa etmək olar. Yumşaldıcı ampullar, botox istifadə edərək, saçı bərpa etmək mümkündür.

Bəziləri botox keratinə üstünlük verirlər. Amma bu da düzgün deyil. 2-3 dəfə botox etdikdən sonra, saçı bərpa etdikdən sonra keratin etmək olar. Botoxu 15 gün intervalla etmək lazımdır”-deyə saç ustası bildirib.

Arzu Əliyeva qeyd edib ki, sarı saç hər kəsə yaraşmır.

“Təəssüf ki, yazılmamış qanun var. “Müştəri hər zaman haqlıdır” prinsipinə görə davranılır. Bunun üçün sarı pariklər və yaxud internet tətbiqləri vasitəsilə müştəriyə ona sarı rəngin yaraşıb-yaraşmadığını sübut etmək mümkündür”-deyə Arzu Əliyeva qeyd edib. Onun sözlərinə görə, bu gün bahalı və güclü tərkiblər var. Yəni bir gündə daha yüksək məbləğə saçı açmaq mümkündür. Ancaq ən yaxşısı zamanla saçı açmaqdır. Çünki tərkiblər nə qədər baha olsa da, saça zərər vermə ehtimalı mümkündür.

“Bəzən qara saçlı müştəri deyir ki, mən saçımın bu gün açılmasını istəyirəm. Biz ona izah edirik ki, bunun üçün uzun zaman lazımdır”-deyə saç ustası əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »